Asif, Vasif, Ağasif (film, 1983)

Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır.[1] Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə YusupovaLeyla Bədirbəyli ifa edirlər.

Asif, Vasif, Ağasif
Janr komediya
musiqili
uşaq
Rejissor Rasim İsmayılov
Ssenari müəllifi Nadejda İsmayılova
Baş rollarda Emil Pənahov
Ramin Aslanov
Hökümə Cəlilova
Məmməd Məmmədov
Şükufə Yusupova
Leyla Bədirbəyli
Operator Aleksandr Melkumov
Bəstəkar Ruhəngiz Qasımova
Rəssam Məmməd Hüseynov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 10 yanvar 1983
Filmin növü tammetrajlı bədii film
Müddət 63 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1983
Texniki məlumatlar 7 hissə
1831 metr
Rəng rəngli
Çəkiliş yeri Bakı
IMDb ID1577780

Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.[2][3]

Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...

Film 2-ci kateqoriyaya layiq görülüb.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Rejissor: Elmira Əliyeva

Filmin direktoru: Arif Səfərov

Quruluşçu rejissor: Rasim İsmayılov

Quruluşçu operator: Aleksandr Melkumov

Səs operatoru: Kamal Seyidov
Ssenarist: Nadejda İsmayılova
Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Ruhəngiz Qasımova

Məmməd Məmmədov - Ata

Şükufə Yusupova - ana

Leyla Bədirbəyli — nənə

Nəzri Babayeva - Gözəl Lalə

Ramiq Həsənov - Nadir

Nərgiz Cəfərli - Nərgiz

Zaur Mənsirov - Zaur

Emil Pənahov — Asif
Ramin Aslanov — Vasif
Hökümə Cəlilova — Ağasif[4]

Məmməd Məmmədov — Riyad
Şükufə Yusupova — Dilarə

Ramiz Əzizbəyli - milis nəfəri

  1. “Asif, Vasif və Ağasif”in macəraları: Nadejda İsmayılova filmin kadrarxası məqamlarından danışır: [rejissor Rasim İsmayılovun filmi haqqında] //Azadlıq.- 2015.- 19 yanvar.- s.14.
  2. Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 110-111
  3. Gültəkin ƏLƏSGƏR. "Azərbaycan kinosunun 3 məşhur qəhrəmanı: biri xristianlığı qəbul edib, biri məsciddə çalışır, digəri..." (az.). yknews.az. 5.6.2014 — 12:31. İstifadə tarixi: 2014-08-09.[ölü keçid]
  4. "https://www.youtube.com/Asif, Vasif, Ağasif Azərbaycan dilində. İstifadə tarixi: 21.03.2023". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 311-312.

Azərbaycan filmlərinin siyahısı
1983-cü ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı