Ruhəngiz Nağı qızı Qasımova (12 iyul 1940, Bakı – 9 oktyabr 2022, Honkonq) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005).
Bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında "Quyu" tamaşasına musiqi (1995), "Qızıl oğlan" musiqili nağıl (1999) xüsusi yer tutur.
9 oktyabr 2022-ci ildə Honkonqda vəfat edib.[1] Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.[2]
İlkin və Cananə adlı iki övladı var.
- Reportaj haqqında reportaj (film, 1964)
- Daha iki nəfər (film, 1965)
- Danışan işıqlar (film, 1965)
- Qızıl gül olmayaydı... (film, 1965)
- Bu, Səttar Bəhlulzadədir (film, 1969)
- Oxuyur Şövkət Ələkbərova (film, 1970)
- Dəmir ağac (film, 1971)
- İlham (film, 1972)
- Göyçək Fatma (film, 1973)
- Günəşlə dolu dünya (film, 1973)
- Badamlı (film, 1974)
- Abşeronun istirahət ocaqları (film, 1975)(qısametrajlı sənədli film)(Aztv)
- Astara (film, 1975)
- Fəhlə vüqarı (film, 1975)
- İki Xəzər (film, 1975)
- Rəşid Behbudov (film, 1975)
- Uğurlu yol! (film, 1975)
- Bizi dağlarda axtarın (film, 1976)
- Bizim müasir qadınlar (film, 1976)
- Kirov Azərbaycanda (film, 1976)
- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
- Səhhət (film, 1976)
- Kirovabad (film, 1977)
- Startlar (film, 1977)
- Möcüzələr adası (film, 1978)
- Sənə sevinc bağışlayım (film, 1978)
- Bir az da Bahar bayramı (film, 1979)
- Dvorjakın melodiyası (film, 1979)
- Xalq nəğməkarı (film, 1979)
- Qızılağac (film, 1979)
- Yayın bir günündə (film, 1979)
- Yollar görüşəndə... (film, 1979)
- Astara (film, 1980)
- Bulaq başında (film, 1980)
- Buta (film, 1980)
- Ömrün yolları (film, 1982)
- Poladın mahnıları (film, 1982)
- Asif, Vasif, Ağasif (film, 1983)
- Bir dəfə görmək... (film, 1984)
- Habil Kaman (film, 1984)
- Qəribə əjdaha (film, 1984)
- Həsir (film, 1985)
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
- Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-bəstəkar; rol: alman pianoçu qadın
- Qonşu qonşu olsa... (film, 1989)
- Tələ (film, 1990)
- Qobustan (film)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: münsif)
- Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
- Yaşadan, yaşayan Yaşar (film, 2012)