Məmməd Haşım oğlu Məmmədov (19 oktyabr 1951, Dərbənd, Dağıstan MSSR – 24 iyul 2023, Moskva[1]) — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi.
Məmməd Məmmədov | |
---|---|
Məmməd Haşım oğlu Məmmədov | |
"Anın quruluşu" bədii filminin kadrları, ilk üç rəsmdə baş rol ifaçısı Məmməd Məmmədov əks olunub | |
Doğum tarixi | 19 oktyabr 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 2023 (71 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1976–2023 |
Mükafatları |
Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Dərbənd şəhərində anadan olub.
Məmməd Məmmədov 1975-ci ildə Voronej Dövlət İncəsənət İnstitutunu bitirib. 1981-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini (A. Qonçarovun emalatxanası), 1985-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin nəzdində ali rejissorluq kurslarını bitirib.[2]
O, 1975–1978-ci illərdə — Voronej Dram Teatrının aktyoru olub. Sonradan teatr aktyoru kimi Kuybışev (1978–1980) və Minskdə (1980–1985) çalışıb. 1986–1988-ci illərdə V. Mayakovski teatrında işləyib. 1995-ci ildən 2000-ci ilə qədər "Ay Teatrı"na çevrilən Komediya Teatrında rejissor olub.[2]
1993-cü ildən — "Rejissorlar Cəmiyyəti" Rusiya Yaradıcılıq Birliyinin yaradıcılıq məsələləri üzrə sədr müavini işləyib. O, Dauqavpils Teatrı ilə əməkdaşlıq edib, təkcə Rusiyada deyil, Almaniya, Türkiyə, Bolqarıstan, Macarıstan, Belarusda da tamaşalar hazırlayıb.[2]
Məmməd Məmmədov 1976–1989-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Vulkana doğru", "Anın quruluşu", "Bağlı qapı", "Üzeyir ömrü", "Gümüşü furqon", "Asif, Vasif, Ağasif", "Burulğan", "Təxribat" kimi filmlərdə əsas rolların ifaçısı olub.
Məmməd Məmmədov 28 iyul 2023-cü ildə Moskva şəhərində vəfat edib.
O, Azərbaycanın xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.[3]
Aktyor kimi
Rejissor kimi