Asif Şirəliyev (alim)

Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr 1939, Düdəngə, Noraşen rayonu)[1] — iqtisadiyyat üzrə elmlər doktoru, professor, "Tərəqqi medalı" laureatı.

Asif Şirəliyev
Doğum tarixi 19 dekabr 1939(1939-12-19) (85 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Tərəqqi" medalı — 2007

Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini), 1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci ildə 83 yaşında dünyasını dəyişmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M. B. Lomonosov adına Moskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir.

A. İ. Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir.

  • O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur[2].

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asif Şirəliyev Naxçıvan Muxtar Respublika aqrar islahatlan komissiyasının, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadiyyat" üzrə elmi-tədqiqat işlərinin əlaqələndirilməsi şurasmm, AMEA Naxçıvan bölməsi yanında fəaliyyət göstərən dissertasiya şurasınm, Naxçıvan Dövlət Universitetini elmi şurasınm üzvü və həmin universitetin "İqtisad" fakültəsi elmi şurasınm sədridir. 0, iqtisad elmləri namizədi və doktor elmi dərəcəsini almaq üçün 15 nəfərin rəsmi opponenti, 8 nəfərin elmi rəhbəri və elmi məsləhətçisi olmuşdur.

A. İ. Şirəliyev AMEA tərəfindən 2002 və 2005-ci illərdə nəşr olunan ikicildlik "Naxçıvan ensklopediyası"na daxil edilmiş əsas məqalələrin müəlliflərindən biridir[2]. O, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İqtisadiyyat" elmi-metodik şurasınm üzvüdür.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Aqrar istehsalın təşkilinin yeni formaları. Bakı.1992.
  • Kəndli təsərrüfatının səmərəliliyi məsələləri. Bakı.1996.
  • İqtisadi nəzəriyyə. Bakı.2004. İqtisad elmlərində işlədilən alınma sözlər. Bakı.2005.
  • Aqrar-sənaye kompleksində iqtisadi mənafelər. Bakı.2008.
  • İqtisadi artım və sosial-tərəqqi. Naxçıvan. 2012
  1. RÜSTƏMOV, Ağarza; CABBARZADƏ, Müslüm. "Tanınmış alim və elm təşkilatçısı". www.anl.az. Azərbaycan müəllimi. 11 dekabr 2009. 5 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2020.
  2. 1 2 "AQRAR İQTİSADÇI ALİMLƏR" (PDF) (az.). 21 July 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]