Asif Musa oğlu Nəsirov 25 dekabr 1958-cı il tarixində Azərbaycan RespublikasınınTovuz rayonununBöyük Qışlaq kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitar texniki işlər fakültəsinə daxil olub. 1980-ci ildə institutu «İstilik-qaz təchizatı və ventilyasiya» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək «inşaat mühəndisi» ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə layihəçi mühəndis kimi başlamışdır. 1981-ci ildən 1993-cü ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin «İstilik təchizatı və İstilik texnikası» kafedrasının nəzdindəki Ümumittifaq əhəmiyyətli “3 saylı Sahə Еlmi-Тədqiqat Laboratoriyası”nda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, 1982-85-ci illərdə АzMİU-nun aspiranturasında əyani təhsil almış, 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən kafedrada saat hesabı dərs aparmağa başlamış, 1993-ci ildə müsabiqə yolu ilə kafedraya müəllim keçmiş və ömrünün sonunadək kafedrada dosent vəzifəsində işləmişdir.
İşlədiyi dövrdə А.М.Nəsirov özünü savadlı mütəxəssis, çalışqan və intizamlı işçi, yüksək mənəvi keyfiyyətlərə malik ali kateqoriyalı müəllim kimi göstərmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri arasında yüksək nüfuz və hörmətə malik olmuş, ictimai işlərdə yaxından iştirak edmişdir.
Asif Musa oğlu Nəsirov 8 noyabr 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.
Ali təhsilin bakalavr və magistr pilləri üçün ilk fənn proqramlarının hazırlanmasında iştirak etmişdir:
“Hazırlıq, quraşdırma və qaynaq işlərinin texnologiyası” fənninin proqramı. "İstilik təchizatı və istilik texnikası" kafedrasında ali təhsilin bakalavr və magistr pillələrində tədris olunan fənlərin proqramları. Bakı, 2002. - s.17-19.
"İstilik texnikası" fənninin proqramı. "İstilik təchizatı və istilik texnikası" kafedrasında ali təhsilin bakalavr və magistr pillələrində tədris olunan fənlərin proqramları. Bakı, 2002. – s.20-25.
"Termodinamika və istilikötürmə" fənninin proqramı. "İstilik təchizatı və istilik texnikası" kafedrasında ali təhsilin bakalavr və magistr pillələrində tədris olunan fənlərin proqramları. Bakı, 2002. - s.32-40.
"İstilik ötürmə və istilik-kütlə mübadiləsi" fənninin proqramı. "İstilik təchizatı və istilik texnikası" kafedrasında ali təhsilin bakalavr və magistr pillələrində tədris olunan fənlərin proqramları. Bakı, 2002. – s.48-51.
"Mühəndis sistem və qurğular tikintisinin müasir elmi problemləri" fənninin proqramı. "İstilik təchizatı və istilik texnikası" kafedrasında ali təhsilin bakalavr və magistr pillələrində tədris olunan fənlərin proqramları. Bakı, 2002. – s.69-70.
Hazırlanmasında iştirak etdiyi layihələndirmə normaları:
AzDTN 2.12-1 Qazanxana qurğuları. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2017. - 55 s.)[4]
AzDTN 2.12-2 İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2017. - 77 s.[5]
AzDTN 2.12-3 İstilik şəbəkələri. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2017. - 45 s.[6]
İnzibati və məişət binaları. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2013. - 18 s.[7]
Körpülər və borular. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2014. - 276 s.[8]
Hidrotexniki qurğuların əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2013. - 83 s.[9]
AzDTN 2.21-1 Döşəmələr. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2017. - 52 s.[10]
Təhlükəli sənaye tullantılarının zərərsizləşdirilməsi və basdırılması üzrə poliqonlar. Layihələndirmə normaları. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı, 2013. - 22 s.[11]
Tibb müəssisələrinin binaları. Layihələndirmə üzrə ümumi tələblər. Bakı, 2013. - 12 s.
Texniki termodinamikadan laboratoriya işləri. Metodik vəsait. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 2005. - 45 s.
Baraban tipli quruducunun istilik texniki hesabatı və layihələndirilməsi. Metodik vəsait. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 2005. - 66 s.
Azərbaycanda enerji menecmenti üzrə magistr təhsili proqramları. Metodik vəsait. Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti Birgə Avropa CD_JEP-25043-2004 (Az) TEMPUS layihəsinin İdarə Şurasının 17.09.2007-ci il tarixli iclasının (protokol N 5) qərarına əsasən nəşr edilmişdir. Bakı, “STX- Print” nəşr., 2007. - 147 s.
İnşaat məmulatları texnologiyasında istilik texniki avadanlıqlar. Ali texniki məktəblər üçün dərs vəsaiti. Bakı, «Təhsil» NPM, 2007. -146 s.
Binalarda termiki proseslər üçün enerji və maddə nəqli. Ali texniki məktəblər üçün dərs vəsaiti. Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti Birgə Avropa CD_JEP-25043-2004 (Az) TEMPUS layihəsinin İdarə Şurasının 17.09.2007-ci il tarixli iclasının (protokol №5) qərarına əsasən nəşr edilmişdir. Bakı, “STX- Print” nəşr., 2008. - 190 s.
İsitmə, soyutma və iqlim qurğuları üçün hidravlik şəbəkələr. Ali texniki məktəblər üçün dərs vəsaiti. Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti Birgə Avropa CD_JEP-25043-2004 (Az) TEMPUS layihəsinin İdarə Şurasının 17.09.2007-ci il tarixli iclasının (protokol N 5) qərarına əsasən nəşr edilmişdir. Bakı, “STX- Print” nəşr., 2008. - 196 s.
Binaların enerji auditi. Dərs vəsaiti. Bakı, NPM “Təhsil”, 2014. -162 s.
İnşaat məmulatları texnologiyasında istilik texniki avadanlıqlar. Dərs vəsaiti. Bakı , Elm - Təhsil Nəşriyyatı, 2015. - 216 s.
↑Abstrast the sacond, International Symposim on ENERGY, ECOLOGY, ECONOMY..Auqust 17– 20, 1993. Baku, Azerbajan Republic
↑Third Baku Internationai sumpozium Azerbaycan Republic, September, 19 – 22, 1995.
↑Насиров Асиф Муса оглы " Разработка и исследование эффективных методов катионирования в процессе химобессоливания воды" Автореферат диссертации на соискание ученой степени кандидата технических наук, Баку, 1988, 21 стр.