Həsən Feyziyev (10 sentyabr 1936, Tahirli, Astraxanbazar rayonu) — Tanınmış alim, Azərbaycan Respublikasının əməkdar müəllimi, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü.
Həsən Feyziyev | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1936 (88 yaş) |
Doğum yeri | |
Atası | Qulu |
Elm sahəsi | Texnika elmləri |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirməsi | Mərdan Cəlilov |
Mükafatları |
Həsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı “İstilik Energetikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə “Elektrik stansiyalarının istilik energetik qurğuları” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır. Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ”İstilik qaz təchizatı və ventilyasiya” kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir.
Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir.
Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur.
Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir.
O insanlar xoşbəxtdilər ki, təkçə özləri üçün yaşamırlar. Belə insanların əməlləri çoxlarının həyatına, ömrünə işıq salır. Bu cür insanlar bir millətə, bir dövlətə mənsub olmurlar. Onların əməlləri bütün dünyanı gözəlləşdirir, onu daha da qabağa aparır. Belə insanlardan biri olan görkəmli Azərbaycan alimi, professor Həsən Feyziyevdir.
Ailəlidir, üç övladı vardır.
1969-cu ildə Moskvada, VODGEO Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1980-cı ildə Moskvada, Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1982-ci ildə professor elmi adına layiq görülmüşdür.
Həsən müəllimin elmi işlərini şərti olaraq üç istiqamətə bölmək olar:
Birinci istiqamətə dəniz suyunun duzsuzlaşdırılması və şirinləşdirilməsi üzrə dünyada analoqu olmayan gördüyü elmi işlər aiddir.
İkinci istiqamətə istilik elektrik stansiyalarının, istilik təchizatı sistemlərinin istilik sxemləri üzərində apardığı elmi-tədqiqat işlərini, təklif və tədqiq etdiyi yeni səmərəli istilik sxemlərini aid etmək olar.
Üçüncü istiqamətə isə şirin suların ekoloji təmiz və iqtisadi səmərəli emalı üzrə apardığı elmi işləri və işlədiyi axıntısız texnologiyaları aid etmək olar.
Hazırda dəniz suyunun şirinləşdirilməsi üçün geniş yayılmış mövcud termiki və əks-osmos membran üsullarında əsas problem istilikötürmə səthlərində və membranlarda ərpin çökməsidir.
Buxarlandırıcılarda və əks-osmos qurğularında ərpin əmələ gəlməsinin qarşısını tamamilə almaq üçün ion mübadilə üsulu ilə yumşaltmadan istifadə etmək labüd olur. Burada isə əsas problem dəniz suyundakı codluq ionlarının qatılığının çox olması səbəbindən, ionitlərin regenerasiya prosesi üçün çoxlu miqdarda duzun tələb olunmasıdır. Bu sahədə vaxtilə Azərbaycanda və ondan kənarda böyük miqyaslı elmi işlər görülməsinə baxmayaraq problemin səmərəli həlli yolu tapılmamışdır. Təklif edilən bütün texnologiyalarda kənardan duz gətirilməsi lazım olmuşdur. Lakin prof. Feyziyevin təklif etdiyi və dünyada analoqu olmayan texnoloji sxem ilə işləyən dəniz suyunun duzsuzlaşdırılması qurğusunda bu məsələlər müvəffəqiyyətlə öz həllini tapmışdır. Feyziyevin təklif etdiyi “maqnezium-natrium kationlaşma” və “genişləndirilmiş” üsul ilə kationitlərin regenerasiya prosesi üçün dəniz suyunun özündən alınan duzların miqdarı nəinki kifayət etmiş və artıq da qalmışdır. Həmin texnologiyalar birinci dəfə Neft Daşlarında sonra isə “Şimal” DRES-də və 1 saylı Sumqayıt istilik elektrik mərkəzində tətbiq edilmişdir. “Şimal” DRES-də məhsuldarlığı 1200 t/sutka olan sənaye qurğusunun işi Azərenerjisazlama tərəfindən sınaqdan çıxarılmış və təsdiqlənmişdir. Dəniz suyunun dərin yumşaldılma¬sının səmərəli üsulla mümkünlüyü onun ənənəvi qurğulardakından yüksək temperaturda, özü də daha böyük buxarlanma dəfəliyi ilə buxarlandırılmasına imkan verir və bu da prosesin səmərəliliyinin yüksəlməsinə səbəb olur. Bu zaman adi poladlardan hazırlanan buxarlandırıcılardan istifadə etmək imkanı yaranır.
Qısa müddətdə istilik energetikası müəssisələri üçün su hazırlığının axıntısız və az axıntılı texnologiyalarının işlənməsi istiqamətində dünyada analoqu olmayan çoxsaylı ixtiraları ilə universitetə şöhrət gətirmişdir. Həsən müəllim 270-dən çox elmi əsərin, o cümlədən 46 ixtiranın və patentin, 7 monoqrafiyanın və 10 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi ilə Bakı, Moskva və Nijni-Novqorod şəhərlərində 27 nəfər texnika elmləri namizədi və texnika elmləri doktoru hazırlanmışdır. Onun rəhbərliyi ilə aparılan elmi-tədqiqat işləri öz əhəmiyyətinə görə YUNESCO-nun, keçmiş SSRİ Ali Təhsil və Energetika Nazirliklərinin, Dövlət Elm və Texnika Komitəsinin və Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin aktual elmi proqramlarına daxil edilmiş, AzMİU SSRİ Energetika Nazirliyinin əmri ilə axıntısız su hazırlama texnologiyaları üzrə “Aparıcı Müəssisə” elan edilmişdir.
Hazırda Rusiyanın Taqanroq, Tambov və Biysk şəhərlərində onun ixtira etdiyi ikiselli-əksaxınlı süzgəclər istehsal edilir. Bu süzgəclərin ilk nümunələri Minsk şəhərində 3 saylı İstilik Elektrik Mərkəzində (İEM) məhsuldarlığı 540 və 1470 m³/saat olan qurğularda quraşdırılmış və hazırda da yüksək səmərə ilə istismar olunur.
Aparılan elmi işlərin səmərəliliyini yüksəltmək və tətbiqini sürətləndirmək məqsədilə keçmiş SSRİ Energetika Nazirliyi Azərbaycan İnşaat Mühəndisləri institutunda Həsən müəllimin rəhbərliyi ilə, “Su hövzələrinin istilik təchizatı sistemlərinin tullantılarından mühafizəsi” adlı sahə elmi-tədqiqat laboratoriyası təşkil etmişdir. SSRİ Energetika Nazirliyi tərəfindən Həsən müəllimin ixtiraları əsasında yeni texnologiyaların tətbiq dairəsini genişləndirmək üçün, AzMİU və Nazirliyin bir sıra aparıcı institutlarının iştirakı ilə hazırlanmış, layihə institutları və istismar müəssisələri üçün nəzərdə tutulmuş beş növ metodiki və texniki göstərişlər buraxmışdır. Həmin metodiki göstərişlər normativ sənədlərdir və keçmiş SSRİ məkanında hal-hazırda da istifadə edilir. Onun təklif etdiyi texnologiyalar əsasında 100-dən artıq qurğu layihələndirilmiş, onlarla qurğu isə tikilərək yüksək iqtisadi və ekoloji səmərə ilə istismara verilmişdir.
Həsən müəllimin təklif etdiyi texnologiyalar Moskva şəhərindəki 21 saylı İEM-də, Nijni-Novqorod şəhərindəki Qorki Avtomobil Zavodunun İEM-ində, Kstovo şəhərinəki Novoqorkovsk İEM-ində, Kazan şəhərindəki 1, 2 və 3 saylı İEM-lərdə, Karmanovsk DRES-ində, Novosalavat İEM-ində, Minsk 3 və 5 saylı İEM-lərdə, Tümen şəhəri 2 saylı İEM-də, Novosibirsk 2 saylı İEM-də, Saransk İEM-də, Sumqayıt 1 saylı İEM-də, Şirvan DRES-ində və s. yerlərdəki suhazırlama qurğularında böyük iqtisadi və ekoloji səmərə ilə tətbiq edilmişdir. Həmin qurğularda istifadə edilən reagentlərin xüsusi sərfi və axıntı sularının miqdarı mövcud analoji qurğulara nisbətən iki və daha çox dəfə azalmış, istifadə edilən ionit materialların mübadilə tutumları bir-neçə dəfə yüksəlmişdir. Bu qurğuların işini əks etdirən eksponatlar Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə nümayiş etdirilmiş, dəfələrlə qızıl və gümüş medallara, başqa mükafatlara, o cümlədən keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medallarına, Macarıstan Xalq Respublikasında keçirilən “Azərbaycanda yenilikçilər” sərgisinin medalına layiq görülmüşdür. Bu ixtiralar SSRİ vaxtında və hal-hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Çin Xalq Respublikasında, Türkiyədə, İran İslam Respublikasında, İsraildə, Rusiya Federasiyasında, Ukrayna və Belorusiya Respublikalarında və digər ölkələrdə tətbiqini tapmışdır.
Həsən müəllim çoxsaylı ixtiralarına görə iki dəfə “SSRİ İxtiraçısı” medalı ilə təltif edilmiş və Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.[1]
Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 270 elmi əsər dərc etdirmişdir. O cümlədən 46 ixtiranın müəllifidir, 7 monoqrafiya, 10 metodik göstərişi çap olunmuşdur. O, "İstilik təchizatı" dərsliyinin müəllifidir.
7 monoqrafiyası və 10 metodik göstərişi çap olunmuşdur:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |