Asif Rüstəmli

Asif Rüstəmli (16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (1991-1995, 1995-1999, 2014–2018, 2024- aprel ayından indiyədək), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018-2022), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiya üzvü (2018-2022).

Asif Rüstəmli
Asif Heydər oğlu Rüstəmli
Doğum tarixi 16 fevral 1954(1954-02-16) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Ədəbiyyatşünas
Elmi dərəcəsi Filologiya elmləri doktoru (2012)
Elmi adı Professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Elmi rəhbəri Professor İslam Ağayev
Tanınmış yetirmələri Fəlsəfə doktoru Aynurə Paşayeva
elmlər doktoru Mərziyyə Nəcəfova
Mükafatları Cəfər Cabbarlı mükafatı (2010)
AMEA Rəyasət Heyətinin Fəxri fərmanı(2013, 2024)
Türk Ədəbiyyatı Vəqfinin (Türkiyə)
"Türk Ədəbiyyatına Xidmət Baratı" (2013)
ADMİU-90. (2013)Xatirə medalı
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "İlin Alimi" mükafatı (2017)

16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir.[1] sentyabr 2018 - oktyabr 2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvü olub.[2]

Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir.[3]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. A.Rüstəmlinin "Molla Nəsrəddin" Ensiklopediyası"na (Bakı, "Elm", 2020, 468 s.) 33 məqaləsi daxil edilmişdir.[3] Asif Rüstəmli Azərbaycan Milli Şurasının sədri, Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" adlı kitabını 1990-cı ildə İstanbul (1923) nəşri əsasında ərəb qrafikasından transfoneliterasiya edərək, ona geniş lüğət və şərh yazmış və "Elm" nəşriyyatında 55 000 (əlli beş min) tirajla çap etdirmişdir. M.Ə.Rəsulzadənin "Bolşeviklərin Şərq siyasəti" kitabı isə A.Rüstəmlinin tərtibində 1994-cü ildə işıq üzü görmüşdür. Asif Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə "Nəcib, mənəvi idealların tərənnümü" (Bakı, "Ozan", 2000, 29.25 ç.v.) və "Müdriklik mücəssəməsi" (Bakı, "Elm", 2023, 33ç.v.) adlı əsərlərini çap etdirmiş, ulu öndərin "Ədəbiyyatın yüksək borcu və amalı" (Bakı, "Ozan", 2000, 31 ç.v.) kitabının redaktoru olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Lalə Hacıyevanın "Əhmədbəy Ağayevin publisistikası" (BDU, 2006), Aygün Həsənovanın "Azərbaycan ədəbiyyatında Şeyx Şamilin bədii obrazı" (Nizami adına Ədəbiyyat İnstitutu, 2007), Bahar Məmmədovanın (Bərdəli) "Balaş Azəroğlunun yaradıcılıq yolu" (Nizami adına Ədəbiyyat İnstitutu, 2010), Tofiq Yusifovun "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991–2004)" (BDU, 2012) və digər mövzularda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi ilə Aynurə Paşayeva fəlsəfə doktoru, Mərziyyə Nəcəfova elmlər doktoru dissertasiyalarını uğurla müdafiə etmişlər (2018).[4]

20 kitabın, 400-ə yaxın elmi, elmi-publisistik məqalənin və məruzənin müəllifi, 20-dən çox kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara ön söz yazmışdır. Beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil olan jurnallarda məqalələri yayımlanmış, 4 kitabı fars və türk dillərində nəşr edilmiş, Elmi məqalələri xarici ölkələrdə türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunmuşdur.

Asif Rüstəmlinin ssenariləri əsasında "Günəş şərqdən doğur" (Az.TV, 2003, 6 mart), "İstiqlal fədaisi" ("Lider" 2004, 6 fevral), "Nurlu gələcək naminə" ("Space", 2005, 15 sentyabr), "Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti — 100" (Qəbələ, 2018, 6 iyun), "Zülmətdən doğan işıq" (2019, fevral) sənədli filmləri çəkilib nümayiş etdirilmişdir.

Moskvanın "Kinoprodukt" Studiyasının çəkdiyi "Əfsanənin əks üzü" seriyasından "26 Bakı komissarı" (Moskva, Zvezda TV, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib.

O 1992–1996-cı illərdə Azərbaycan Televiziyası ilə gedən "Yaddaş", "Tarix bizə nə deyir" verilişlərinin ssenari müəllifi və aparıcısı olub.

Asif Rüstəmli həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərini tədris etmiş (1996–2019), 2013–2018-ci illərdə 0,5 ştat əvəzçilik üzrə ADMİU-nun professoru vəzifəsində çalışmışdır. AAK Rəyasət Heyətinin qərarı ilə 2018-ci ildə professor elmi adına layiq görülmüşdür. A.H.Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” adlı məqalələr toplusu çap olunmuş, 65 və 70 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Respublika Milli Kitabxanasında əsərlərinin sərgisi keçirilmişdir.[5]

Asif Rüstəmli "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (2011, noyabr), bir sıra beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olmuşdur. Ankara (1991), Bağdad (1994), Tehran (1995), Təbriz (1998), Bəsrə (1999), Urmiya (2004, 2011), Varşava (2007), Tomski (2008), Elazığ (2008, 2012, 2013, 2023), Budapeşt (2010), Diyarbəkir (2013), Astana (2014), Balıkəsir (2018) və digər ölkə və şəhərlərdə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak və məruzələr etmişdir.[6]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • «Tufanlardan keçən ömür», Bakı, «Sabah», 1995, 8.5 ç.v.
  • «Ədəbi istiqlalımız», Bakı, «Elm», 2004, 24 ç.v.
  • «Cəfər Cabbarlı: həyatı və mühiti», Bakı, «Elm», 2009, 27.5 ç.v.
  • «Mütərcim Cəfər Cabbarlı», Bakı, «Ozan», 2011, 8.5 ç.v.
  • «Cefer Cabbarlı (Hayatı, Sanatı ve Mücadilesi)», Türkiyə, Elazığ, «Manas» neşr., 2011, 18.5 ç.v.
  • "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi", Bakı, «Ozan», 2014, 224 səh.
  • Səttar Xanın silahdaşı. İran, Qum, "Nəvidi-hikmət", 2018 (h.ş. 1397), 200 səh.
  • "Müsaferi əz diyare Zire" (Zirə diyarından müsafir. fars dilinə tərcümə edəni Səhra Rzayi) İran. Zəncan. 2022. 348 səh.
  • Cəmo bəy Cəbrayılbəyli: həyatı, mühiti və bədii yaradıcılığı.Bakı, «Elm», 2024, 15 ç.v.
  1. Çırpınırdı Qara dəniz, Bakı, "Sabah", 1992, 80 səh.
  2. Tufanlardan keçən ömür, Bakı, "Sabah", 1995, 136 səh.
  3. Susmaz duyğuların səltənətində, Bakı, "Elm", 2002, 176 səh.
  4. Ədəbi istiqlalımız, Bakı, "Elm", 2004, 384 səh.
  5. Cəfər Cabbarlı: həyatı və mühiti, Bakı, "Elm", 2009, 416+24 səh.
  6. Mütərcim Cəfər Cabbarlı", Bakı, "Ozan", 2011, 136 səh.
  7. Cefer Cabbarlı (Hayatı, Sanatı ve Mücadilesi), Türkiyə, Elazığ, "Manas" neşr., 2011, 294 səh.
  8. Bayraməli Abbaszadə: mühiti və mücadiləsi, Bakı, "Ozan", 2014, 224 səh.
  9. Müdriklik mücəssəməsi, Bakı, "Elm və təhsil", 2014, 496 səh.
  10. Azerbaycan türklerinin önderleri (müştərək). Ankara, Berikan yayınevi, 2017, 524 səh.
  11. Səttar Xanın silahdaşı. İran, Qum, "Nəvidi-hikmət", 2018 (h.ş. 1397), 200 səh.
  12. Ədəbi redaktənin əsasları (Tarixi, nəzəriyyəsi, təcrübəsi). Dərs vəsaiti. Bakı, "Gənclik", 2018, 216 səh.
  13. Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti). Bakı, "Gənclik", 2018, 280 səh.
  14. Cəfər Cabbarlı və milli istiqlal hərəkatı. Bakı, "Gənclik", 2018, 168+24 səh.
  15. Ədəbiyyatşünaslıq elminin məbədi (Akademik İsa Həbibbəyli ilə müştərək). Bakı, "Ozan", 2018, 484+24 səh.
  16. Cəfər Cabbarlı və cabbarlışünaslıq. Bakı, "Ləman NPM", 2019, 108 səh.
  17. "Müsaferi əz diyre Zire" (Zirə diyarının müsafiri. fars dilinə tərcümə edəni Səhra Rzayi) İran. Zəncan. 2022. 348 səh.
  18. "Elazığ - Bakü kültür ve sanat faaliyetleri" (müştərək). Türkiye, Manas. 2022, 104 səh.
  19. "Cəmo bəy Cəbrayılbəyli: həyatı, mühiti və bədii yaradıcılığı". Bakı, «Elm», 2024, 240 səh.
  20. "Cümhuriyyət məfkurəsi". Bakı, "Elm və təhsil", 2024, 672 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Elazığ çələngi (42 elazığlı şairin şeirlər toplusu). Bakı, "Ozan", 2010, 120 s. Kitaba A. Rüstəmli "Qardaşlığın təməli, dostluğun məhvəri" adlı ön söz yazmışdır.
  2. Əhməd Kabaklı "Harput əfsanələri". Bakı, "Ozan", 2012, 96 s. Kitaba A. Rüstəmli "Yazarların xocası və ucası" adlı ön söz yazmışdır.
  • 1994 — Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatı[7]
  • 2001 — C.Cabbarlı mükafatı komissiyasının "Xüsusi diplom"u
  • 2010 — "Cəfər Cabbarlı mükafatı" (2010)[8]
  • 2004 — AYB Ədəbiyyatı Təbliğ bürosunun "Qılınc və qələm" beynəlxalq ədəbi mükafatı
  • 2007 — Varşava Universitetinin "Sertifikat"ı
  • 2010 — Elazığ (Türkiyə) valisinin xüsusi mükafatı
  • 2013 — İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin "Türk Ədəbiyyatına Xidmət Baratı"
  • 2013 — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Fəxri fərmanı"
  • 2013 — ADMİU - 90. Xatirə medalı
  • 2014 — Türk Dünyasi Araştirmalari Uluslararasi İlimler Akademisinin "TÜRK EDEBİYATINA HİZMET" Uluslararasi Ödülü..
  • 2014 — L.N.Qumilyev adına Avroaziya Milli Universitetinin Sertifikatı.
  • 2014 — Azərbaycan – Türkiyə Dostluq Dərnəkləri Federasionunu mükafatı.
  • 2015 — Ağa Musa Nağıyev adına Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin "Ağa Musa Zirvəsi" mükafatı.
  • 2017 — AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "İlin Alimi" mükafatı[7].
  • 2023 - Danimarkada fəaliyyət göztərən "OBAKU" şirkətinin "Azərbaycan Cümhuriyyəti - 105" adlı brend qol saatı
  • 2024 - Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Fəxri fərmanı"

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • Fədakar tədqiqatçı-alim (Məqalələr toplusu). Bakı, «Elm və təhsil», 2020, 304 səh.

İnternet resursları

  1. https://www.youtube.com/watch?v=N4i7uoQaZFI
  2. https://www.youtube.com/watch?v=WbihqgVdbII
  3. https://dergipark.org.tr/en/download/article-file/712923
  4. https://1000kitap.com/yazar/Asif-Rustemli
  5. https://salda.ws/video.php?id=gGBSk8BThYQ
  6. https://www.youtube.com/watch?v=tyuG3DOqtP4
  7. http://senet.az/poetik-dusunc%C9%99li-mut%C9%99f%C9%99kkir-asif-rust%C9%99mli/
  8. http://www.artkaspi.az/az/milli-metbuat-tariximizin-ilk-istiqlal-mecmuesi-asif-rustemli-yazir/#.X9n6ftSLTDc Arxivləşdirilib 2020-02-23 at the Wayback Machine
  9. http://www.millikitabxana.az/ru/news/milli-kitabxanada-asif-rustemlinin-cefer-cabbarli-ve-cabbarlishunasliq-kitabinin-ve-ccabbarlinin-olkem-adli-sheirler-toplusunun-teqdimat-merasimi-kechirildi
  10. http://20january.az/ru/view/article/28/novix-chernix-dat-bolshe-ne-budet
  1. "Ədəbiyyat İnstitutunun elmlər doktorları". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. Ali Attestasiya Komissiyasında yeni təyinatlar [ölü keçid]
  3. 1 2 "Artkaspi.az saytı filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin "Cümhuriyyət adamı" adlı yazısnı təqdim edir:" (türk). artkaspi.az. 2019-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  4. "Dissertasiya və monoqrafiyaları" (az.). azpress.az. İstifadə tarixi: 2020-11-29.[ölü keçid]
  5. Milli Kitabxanada "Asif Rüstəmli - 65" sərgisi
  6. "Asif RÜSTƏMLİ - 65" (az.). 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  7. 1 2 "Rüstəmli Asif Heydər oğlu" (az.). science.gov.az. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  8. Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]