Asim Hüseyn (28 noyabr 1953, Kəraçi, Sind[d]) səhiyyə, təhsil və Pakistan siyasəti sahələrində Pakistan əsilli Kanadalı fəal. O, Kəraçidəki Ziauddin Xəstəxanalar Qrupunun sədri və Pakistanın Neft və Təbii Sərvətlər Nazirliyi üzrə baş nazirin keçmiş müşaviridir.[1][2] O, 2009–2015-ci illərdə Pakistan Xalq Partiyasının tərkibində Pakistan Senatının üzvü olub.[3]
Asim Hüseyn | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1953 (70 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Pakistan Kanada |
Partiya | |
Fəaliyyəti | həkim, siyasətçi, iş adamı |
Hərbi xidmət | |
Mənsubiyyəti | Pakistan |
Rütbəsi | Leytenant |
drasimhussain.com |
Təhsil və səhiyyə sahələrində xalqa xidmətlərinə görə 2005-ci ildə Sitara-i-İmtiaz,[4][5] 2013-cü ildə isə Nişan-e-İmtiaz mükafatları ilə təltif edilmişdir.[6][7]
Hüseyn 28 noyabr 1953-cü ildə Karaçidə anadan olub. İlk təhsilini Karaçi Qrammatika Məktəbində daha sonra Petaro Kadet Kolleci və Dau Tibb Kollecində təhsil aldıqdan sonra aldıqdan sonra təhsilinə Avropada davam etdirmişdir.[8]
O, filosof Sir Ziauddin Əhmədin nəvəsidir.[8]
Hüseyn 2008-ci ilin mayından 2009-cu ilin noyabrına qədər Federal Nazir statusu ilə Milli Yenidənqurma Bürosunun sədri vəzifəsində çalışıb.[8][9] 2008-ci ilin noyabrından 2009-cu ilin avqustuna qədər baş nazirin Neft və Təbii Sərvətlər üzrə müşaviri/federal naziri kimi fəaliyyət göstərib.[10] 12 dekabr 2009-cu ildən Pakistan Prezidentinin fəxri şəxsi həkimi idi. 2011-ci ilin mayından 2013-cü ilin mayına qədər Federal Neft və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsini icra edib.[11][12]
Hüseyn 27 avqust 2015-ci ildə Pakistan ordusunun Kəraçi şəhərində başlatdığı əməliyyat çərçivəsində səlahiyyətlilər tərəfindən saxlanılıb.[13]
O, 2014-cü ildə Sinddə Ali Təhsil Direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildə ikinci müddətə yenidən təyin edilib.[14][15]