Asiya-Sakit okean Şurası[1] (ing. Asian and Pacific Council) və ya sadəcə AZPAK[2] — Uzaq Şərqdə və Sakit okeanın qərb hissəsində məhəlli siyasi-iqtisadi ittifaq. 1966-cı ilin iyununda Seulda yaradılmışdır. 1975-ci ilin əvvəlində şuraya keçmiş Cənubi Vyetnam, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Tailand, Filippin, Cənubi Koreya və Laos daxil idi. AZPAK formal olaraq məhəlli iqtisadi, mədəni və ictimai əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Azərbaycan sovet mənbələri iddia edir ki, AZPAK əslində, "Asiya sosialist ölkələrinə və ümumiyyətlə, Cənub-Şərqi Asiya və Uzaq Şərqdə milli azadlıq hərəkatına qarşı yönəlmiş siyasi ittifaqdır". Təşkilat üzvlərinin əksəriyyəti Qərb ölkələrinin müxtəlif qruplaşmasında iştirak etmişdir. Onlar müxtəlif müqavilə, sazişlə ABŞ və Birləşmiş Krallıq ilə əlaqəli olmuşlar. Malayziya 1973-cü ildə AZPAK-dan çıxmaq haqqında qərar qəbul etmiş, Cənubi Vyetnam süquta uğramışdır.[1] Bunun ardınca AZPAK-ın fəaliyyəti praktiki olaraq iflic vəziyyətinə düşmüşdür.[3][4]
Asiya-Sakit okean Şurası | |
---|---|
Yaranma tarixi | 14 iyul 1966 |