Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Adi meşəgilası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi meşəgilası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır.
Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir.
Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1.
Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır.
Azərbaycanda dar bir arealı vardır.
Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur. Cavan zoğları qırmızımtıl rəngdədir. Yarpaqları uzunsov ellipsşəkillidir, ucu sivri, kənarları mişardişlidir. Üst tərəfi tünd, alt tərəfi isə bozumtul-göy rəngdədir, tez tökülür. Çiçəkləri salxımşəkillidir. Ləçəkləri ağdır. Meyvələri qara rənglidir. Toxumu yumurtaşəkilli, üzərində parıldayan nöqtələr vardır. Aprel ayında çiçək açır, iyun iyul ayında meyvəsi yetişir.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.
Yeni yasaqlıqların yaradılması zəruridir.