Askin mağarası (başq. Аҫҡын боҙ мәмерйәһе) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan karst mağarası[1]. Cənubi Uralda çanta formasında olan böyük bir boşluqda yerləşir. Bu, bütün Rusiya üçün əhəmiyyəti təbiət abidəsidir.
Azıx mağarası | |
---|---|
başq. Аҫҡын боҙ мәмерйәһе | |
| |
Ümumi məlumatlar | |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Yerləşməsi | |
54°14′09″ şm. e. 56°54′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ufa platosunun ətəklərində Devon yaşlı əhəngdaşılarda əmələ gəlmişdir[1]. Dəhlizlərinin ümumi uzunluğu 206 metr, dərinliyi 34 metrdir[1]. Tağvarı girişi (hünd. 9 m, eni 22 m) 260 metr hündürlüyündədir. Döşəməsi – demək olar ki, tamamilə çoxillik buzla örtülmüş zal (uz. 104 m, eni 40–60 m, hünd. 20 mədək) daha çox maraq kəsb edir[1]. Askin mağarasında hündürlüyü 12 metrədək, özülünün diametri 3–10 metr olan stalaqmitlər əmələ gəlir ki, bunlar da Rusiyada ən iriləridir[1].
2017-ci ildən etibarən mağaraya giriş məhduddur. Belə ki, mağara, Rusiya Coğrafi Cəmiyyətinə mikroiqlimin bərpası və buzlaq qalıqlarının qorunması üçün icarəyə verilmişdir[2].