Aslan Aslanov (alim)

Aslanov Aslan Məhəmməd oğlu (20 avqust 1926, Qazax qəzası- 1995, Bakı)— fəlsəfə elmləri doktoru (1974), professor (1976), Azərbaycan Respublikası EA-nın həqiqi üzvü (1989), Əməkdar elm xadimi, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), Azərbaycan Milli Elmlər Akademiyasının vitse-pezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995).[1]

Aslan Aslanov
Aslan Məhəmməd oğlu Aslanov
Doğum tarixi 20 avqust 1925(1925-08-20)
Doğum yeri Qazax qəzası
Vəfat tarixi 1995
Vəfat yeri
Dəfn yeri II Fəxri xiyaban
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi fəlsəfə
Elmi dərəcəsi
İş yerləri
Mükafatları Qızıl qələm
Heydər Hüseynov Fəlsəfə şöbəsinin tələbələri arasında akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov və b.

Aslan Aslanov 20 avqust 1926-cı ildə Ağstafa rayonunun Poylu kəndində Məmməd bəy ilə Zeynəb xanımın ailəsində anadan olmuşdur. Ağstafa Dəmiryol məktəbini qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il bu məktəbin ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir.[1]Fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə etdikdən sonra (1958), dosent vəzifəsinə təyin olunmuşdur.[2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, 1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi, iki dəfə universitetin partiya komitəsinin katibi (1963-1966; 1975-1977),  estetika və etika kafedrasının müdiri (1961-1980) Azərbaycan Dövlət İncəsənət  İnstitutunun  rektoru (1977-1987), habelə Azərbaycan Elmlər Akademiyası tarix, fəlsəfə və hüquq bölməsinin  akademik katibi (1987-1989), Fəlsəfə və Hüquq  İnstitutunun direktoru vəzifələrində çalışıb.[3] O, həm də 1990–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.[1][4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aslan Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1976-cı ildə professor elmi adına layiq görülmüşdür. Aslan Aslanov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[1]

Aslan Aslanov Şərq və Qərb estetikasını, xüsusilə Qədim yunan, Qədim Roma, Orta əsr Avropa, Orta əsr Şərq estetikasının əsl mahiyyətini, başlıca xüsusiyyətlərini tədqiq etmişdir. O, Aristotelin "Poetika"sını və Deni Didronun "Qardaşım oğlu Ramo" əsərini, Corc Bayronun "Gavur", A-Tvardovskinin "Vasili Tyorkin" poemalarını Azərbaycan dilinə tərcümə etmişdir və şeir kitablarının müəllifidir.[1][1]

Aslan Aslanov 1968-ci ildə İsveçdə keçirilən Estetika üzrə VI Beynəlxalq Konqresin iştirakçısı olmuşdur. Eyni zamanda 1970-ci ildə Berlində keçirilmiş VII Beynəlxalq Hegel yubiley Konqresində və 1972-ci ildə Buxarestdə Estetika üzrə VIII Beynəlxalq Konqresdə məruzələrlə çıxış etmişdir.[1]O, həmçinin İngiltərədə və Almaniya Federativ Respublikasında (1978-1979) keçirilən sovet elmləri günlərinin iştirakçısı olmuşdur.[2]

  • "Estetika aləmində"- burada Estetik fikrin tarixi  inkişaf  qanunauyğunluqlarının Şərq estetikası isə Qərb estetikasının qarşılıqlı əlaqədar kontekstində   işıqlandırılıb.
  • Respublikamızın  ali təhsil ocaqları üçün zəruri sayılan, Azərbaycan SSR  Ali və Orta İxtisas  Təhsili Nazirliyi tərəfindən  1979-cu ildə təsdiq edilərək "Maarif"  nəşriyyatında  çap olunan  "Marksist-leninçi estetikanın əsasları" dərs vəsaiti  də  akademik A. Aslanovun  təşəbbüsü ilə ərsəyə gəlmişdir.[3]
  • "Səni düşünürəm" (şeirlər və mahnılar, Bakı, 1958)
  • "Qızlar və bənövşələr" (şeirlər və poemalar, Bakı, 1961)
  • "Nəğməli günlərim" (1985)[1][5]

Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

  • "O, estetika aləminin memarı idi…". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 23
  1. 1 2 3 4 5 6 7 8 9 "Aslanov Aslan Məmməd oğlu" (Azərbaycan). science.gov.az. 16-9-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 Əliyeva, Aynurə. Ruhumuzu gözəlləşdirən şair-Aslan Aslanov (az.). F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016.
  3. 1 2 "Görkəmli alim, pedaqoq, şair". Xalq Qəzeti (ingilis). 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  4. "Aslanov Aslan Məmməd oğlu". science.gov.az. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  5. "Arxivlənmiş surət". www.anl.az. 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.