Aslan Cəfərov

Cəfərov Aslan Məmmədhüseyn oğlu (23 iyul 1973, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış[1] deputatı.

Aslan Cəfərov
2010 – 2015
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1973(1973-07-23) (51 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya
Təhsili
Uşağı 4
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]

Aslan Cəfərov 1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 4 övladı var.

Aslan Cəfərov 1992–1995-ci illərdə "Areal" Məhdud Məsuliyyətli Cəmiyyətinin vitse- prezidenti işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Katibliyində və İşlər İdarəsində mütəxəssis, 1998-ci ildən Azərbaycan Respublikası Ticarət Nazirliyinin Xarici departamentində aparıcı mütəxəssis, Ticarət, məişət və digər növ xidmət sahələrində qaydalara nəzarət üzrə dövlət müfəttişliyinin baş mütəxəssisi, şöbə müdiri, 2002-ci ildən İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzi direktorunun müavini, 2007-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında İstehsal Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifələrində çalışmışdır. 2008–2010-cu illərdə "Diplomat-1" firmasının kommersiya direktoru olmuşdur.[2]

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az  (az.)
  2. "CƏFƏROV Aslan Məmmədhüseyn oğlu". CƏFƏROV Aslan Məmmədhüseyn oğlu (ingilis). 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.