Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri.
Novruz Aslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1913 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1942 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru |
Hərbi hissə | 396 saylı atıcı diviziya |
Vəzifəsi | Alay komandiri |
Döyüşlər | II Dünya müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur.[1]
1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi. Lakin o, öz yolundan dönmədi. Novruz Aslanovun başçılıq etdiyi qüvvələr komandirlərinin bu qətiyyəti və cəsarətindən ilhamlanaraq onları dəfələrlə üstələyən düşmən qüvvələrinə 4 saatdan artıq müddət ərzində qabağa getməyə icazə vermədilər. Aslanov bu döyüşdə yaralandı. O, heç kəsdən kömək istəməyərək öz yarasını özü sarıdı. Axşama doğru artıq artilleriya qurğuları təhlükəsiz zonaya çəkilmişdi. Aslanovun dəstəsindən yalnız o sağ qalmışdı. Qaranlıqdan birdən səs eşidildi:- "Rus təslim ol". Faşistlər Aslanovu canlı ələ keçirmək üçün atəşi dayandıraraq onun olduğu mövqeyə doğru sürünməyə başladılar. Aslanov təslim olmadı və avtomatı əlinə alaraq son damla qanınadək vuruşdu. Daha sonra isə düşmən bu mövqeləri ələ keçirdiyi zaman onlara qarşı cəmi 10–15 nəfərlik dəstənin vuruşduğunu anladıqda bu dəstənin qətiyyətinə heyran qalmışdılar. N.Aslanov bu döyüşdə qəhrəmancasına həlak oldu.[2]