Saray — Azərbaycan Respublikasının Abşeron rayonunun Saray qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2][3]
Saray | |
---|---|
40°31′59″ şm. e. 49°43′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Saray |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 42 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 20 400 [1] nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Abşeron rayonun qədim və böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbənin ərazisi 3398 hektardır .Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Böyük İpək yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır.
Digər fərziyyəyə görə Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev kimi tərcümə olunur. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur.
Bu kənd ilə bağlı daha bir fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır. Ola bilər ki, o zamanlar həmin tayfanın nümayəndələri indiki Saray kəndinin ərazisində məskunlaşmışdılar.
Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkilir[3]. Kəndin tarixdə 4-dəfə yer dəyişdirildiyi bilinir.Sonuncu dəfə ötən əsrin 50-ci illərində yerini dəyişərək indiki əraziyə gəlmişdir və 1955-1956-cı illərdə Sovet quruluşunun bəzi qüsurlu qanunları nəticəsində Çaylı adlanan kənd sakinləri öz yerlərindən köçürülərək indiki yeni Saray massivində birgə məskunlaşdırılmışlar.[4] Kəndin inkişafında "Voroşilov adına kolxozun" böyük rolu olmuşdur.
Saray qəsəbəsinin ərazisi 3398 hektar, əhalisi 18992 nəfərdir.
Saray qəsəbsində hal-hazırda 3 orta (1, 2, 3 saylı) məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, 1 əlillər və əqli cəhətdən zəiflər üçün internat məktəbi, Qəsəbə İcra Nümayəndəliyi, Bələdiyyə, musiqi məktəbi, müasir tələblərə cavab verən Poçt binası, ATS qovşağı,1 məcsid, kitabxana, 3 şadlıq evi, 137 ədəd kiçik sahibkarlıqla məşğul olmaq üçün ticarət obyektləri, 2 ədəd mebel mağazası, 1 bazar, 4 yeməkxana, iaşə xidmət obyektləri, 3 ədəd aptek, Şəhidlər kompleksi, görkəmli akademik Vəli Axundovun barolyefi qoyulmuş park, 4 ədəd dini mərasimləri qeyd etmək üçün məscid, 107 adda küçə, 3600 nömrələnmiş ev (eyni zamanda yaşayış massivləri salınmışdır ki, hələlik həmin ərazilərə küçə adları verilməmişdir) vardır. Qəsəbənin köhnə Saray adlanan hissəsində Cami məscidi, hamam (suyun altında qalıb), türbələr olmuşdur. Məscid hal-hazırda istifadədədir.
Saray qəsəbə əhalisinin məşğuliyyəti əsasən kənd təsərrüfatı məhsulları istehsalıdır.
1999-cu ilin dekabr ayında formalaşmışdır. 2019-cu il bələdiyyə seçkilərində 15 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda Saray bələdiyyəsində 23 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Saray bələdiyyəsi qəsəbə daxili yolların abadlaşdırılması, su-kanalizasiya və qaz xəttlərinin çəkilməsi və təmiri sahəsində, təhsil, səhiyyə müəssisələrinin əsaslı təmirində çox işlər görmüşdür. Xüsusilə 85 çarpayılıq Saray qəsəbə xəstəxanasının yenidən qurulub sakinlərin istifadəsinə verilməsndə müstəsna xidmət göstərmişdir. Şəhid, əlil və imkansız ailələrə respublikamızda qeyd olunan bayram günlərində sovqat çatdırılmışdır.[5]
Qəsəbədə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir[6].
Saray qəsəbəsində bir sıra avtobuslar xidmət eliyir:
522(Tərlan Ş.E,Nazim Market,Təzə Məhəllə,Üzümlük)
523(Saray,Sumqayıt,Xırdalan)
Saray qəsəbəsində əsas 2 yol vardır:Xalq içində yeni tikilən yol "Təzə yol" digəri isə köhnə yol olan xalq içində "Köhnə yol" adlandırılır.