Miyanə şəhristanı

Miyanə şəhristanı (fars. شهرستان میانه‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi.

Miyanə şəhristanı
37°25′ şm. e. 47°42′ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 182.848 nəf. (2016)[1]
Miyanə şəhristanı xəritədə
Miyanə şəhristanı
Miyanə şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Miyanə şəhristanının Şərqi Azərbaycan ostanındakı yerləşimi

Şəhristanın inzibati mərkəzi Miyanə şəhəridir. Həmçinin şəhristanının tərkibində Ağkənd, Tərk, və Türkmənçay şəhərləri də yerləşir.

2006-cı il əhalinin siyahıya alınması zamanı şəhristanın əhalisi 46,469 ailədə 187,870 nəfərdən ibarət idi.[2]2011-ci ilinin siyahıyaalmasına görə 52,630 ailədə 185,806 nəfər bur şəhristanda yaşayırdı.[3]2016-cı il siyahıyaalınmasına görə şəhristanda 57,665 ailədə 182,848 nəfər yaşayırdı.[4]

Şəhristan monoetnik azərbaycanlı bölgəsidir.[5] Burada azərbaycanlıların subetnik qolu Əfşarlar, Şəqaqilər, ŞahsevənlərBayatlar da yaşayırlar.[6]

Şəhristan əhalisinin əksəriyyəti İslamın şiə məzhəbinə etiqad edir. Yalnız dörd kənd məzhəb cəhətindən şəhristanın digər kəndlərindən fərqlənirlər. Kuhban[7]Həşiabad kəndlərinin əhalisinin hamısı və Səvarəq kəndinin əhalisinin bir qismi[8] sünni-şafi məzhəbinə etiqad göstərir. Həmçinin şəhristanın Əfşar kəndinin əhalisi ələvilərdən ibarətdir. Bu şəhristan Şərqi Azərbaycan ostanında sünni müsəlmanların yaşadığı yeganə şəhristandır.[9]

Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar.

Miyanə şəhristanının inzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi bəxşi
    • İnzibati mərkəzi: Miyanə
    • DEHİSTANLARI:
      • Gərmə-i Cənubi dehistanı
        • KƏNDLƏRİ: Əliqışlağı, Əmirabad, Bağdərəsi, Yuxarı Bərənliq (farsca: Baranlıq-e Hüseynxan), Aşağı Bərənliq (farsca: Baranlıq-e Mədədxan), Batlaq, Birun, Bünyanabad, Çaharxanəvar, Çirkinli, Çitab-i Ülya, Çitab-i Süfla, Dəvədaşı, Dəvənd, Dolqışlağı, Gavani, Gündoğdu, Hampa, Həsənxanbağı, Həşiabad, Cilovdar, Cinqışlağı, Xəlifəbağı, Xubistan, Kuhban (tarixi adı Koblan), Kuhistanəq, Koxaqışlaq, Maman, Maruşin, Pəvəris, Savıcbulaq (Soyuqbulaq), Surnaköhül, Təzəkənd-i Divanəli, Tüpqara, Vəkənd, Vəlin, Vardıq, Vehil, Yeləqarşı, Yengikəndi, Zinari
      • Kolah Boz-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Ağdərək (Ağdərə), Ağtəvarəq, Əcəmi-i Kəlləbuz, Allahdad, Başmaq, Çixmur, Dəmirçi, Dərindərə, Duzanan, Kərimabad, Xəlifəkamal, Qaratəvarəq, Qavaq-i Ülya, Qavaq-i Süfla, Talvarbulağı, Təlimkəndi, Zirişli
      • Kolah Boz-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Əkramabad, Aqil, Budaqbəy, Çaytalvar, Galbus, Güllücə-i Yeddibulaq, Kəmərkuh, Kəngavər, Kəramə, Xanyurdu, Kula, Qarabulaq, Qaraca, Qurcaq, Somuqlu, Tavaq, Yeddibulaq, Yengiabad-i Kuh (Yengiabaddağ), Zərdəmalik, Zərnəq
      • Üçtəpə-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Ağcadərbənd, Ağvaran, Bəybulağı, Daşbulaq, Daşkəsən, Gavanlı, Güllücə-i İslam, Hisarqaranqu, Xətab, Porsuqlu, Qəhrəmanlı, Qala-i Cuq-i Əlifli (Qalacıq-i Əlifli), Qaracaqaya, Qasımdərə, Qazivəli, Qılıccı, Qumqan, Siyahkəmər, Şamikəndi, Şorca-i Qasım, Təzəkənd-i Şor
      • Qaflankuh-i Qərbi dehistanı (Qaflantı dağı)
      • Qızılüzən dehistanı
        • KƏNDLƏRİ: Ərəs, Bulanlıq, Dadlı, Göyərçinli, Hallac-i Ülya (Xələc-i Ülya), Hallac-i Süfla (Xələc-i Süfla), Kəhriz, Qalıca, Qaraövri (Qaraavar / Qara Avar), Quyucuq, Quyular, Toğay
      • Şeyxdarabad dehistanı
        • KƏNDLƏRİ: Əmirabad, Qoruqcu, Şeyxdarabad, Yengiabad-i Çay (Yengiabadçay)
  • Kağızkonan bəxşi
    • İnzibati mərkəzi: Ağkənd
    • DEHİSTANLARI:
      • Kağızkonan-i Mərkəzi dehistanı
        • KƏNDLƏRİ: Andarud-i Ülya, Andarud-i Süfla, Astancin, Başbulaq, Daşbulaq, Dəviç, Dünbüli, Gav, Gültəpə-i Xeyrabad, Hacımahmudlu, Hacımir, Xeyrabad, Məndəcin, Qaraqanlı, Qazili, Qızılca, Sərdərəq, Şeyxlər, Şirinbulaq, Süleymanqışlaq, Tovin, Vəlistan, Yengikənd
      • Kağızkonan-i Şimali dehistanı
        • KƏNDLƏRİ: Ababin, Əhmədabad-i Xanlıq, Əskəvəq, Bağbanan-i Ülya, Bəhmənabad, Bəranqar, Gəncin, Gülgülab, Güllücə, Qurcuq, Kəhvərin, Kalyan, Xələf, Xırdabulaq, Mavi, Övliyaca, Ovraq, Qalasəngi, Qala-i Aslaniyan, Qarab-i Ülya, Qarab-i Süfla, Qarabulaq, Qarasəfərli, Qışlaq, Qoçğar (Qoşqar (?)), Rəşidabad, Səhlabad, Səvarəq, Şahəlibəyli, Toxtamışlı, Yanbulaq, Zirincin
      • Qaflankuh-i Şərqi dehistanı (Qaflantı dağı)
        • KƏNDLƏRİ: Əfşar, Əhmədabad-i Gərus, Allahlı, Aydəmir, Badlı, Bağcığaz-i Ülya, Bağcığaz-i Süfla, Çovlaqlı, Göltəpə-i Həsənabad, Həsənabad, Camalabad, Novruzabad, Qarahacılı, Qaracaarbat, Qazikənd, Qızılbulaq, Qoşabulaq, Süleymanlı
  • Kəndivan bəxşi
    • İnzibati mərkəzi: Tərk
    • DEHİSTANLARI:
      • Gərmə-i Şimali dehistanı
        • KƏNDLƏRİ: Əkbərabad, Armudəq, Bərzəq, Bəsit, Dəliqız, Həftçeşmə, Həcc Xəlil (Hacıxəlil), Hacıyusifli-i Ülya, Hacıyusifli-i Süfla, Kəlkeş, Kəlləgah, Xınavənd, Livanlı, Mülk, Neybağı, Qaraqaya, Qızılyataq, Seyidmansur, Seyidlər, Sunqurabad, Sovti, Surbaq, Suvin, Tacarıq, Tevin, Tuşmanlı, Yalqışlağı, Yengicə-i Dəliqanlı, Zakir
      • Kəndivan dehistanı
        • KƏNDLƏRİ: Əfzəl, Alancarıq, Əlibəyli, Əvin-i Məscidli, Ballıca, Binaravan, Çeşməkeş, Çorur, Dizac, Fındıqlı, Gəngədik, Qomeyn, Hacıhimmətli, Həndəlan, Hisar-i Meydandağı, İdiquz, Kəndivan, Kəzərəc, Xangah, Mahiabad, Munəq, Nişaq, Neşləndeh, Qarahacı-i Ülya, Qarahacı-i Süfla, Qaraca-i Meydandağı, Qışlaq-i Seyf ül Din (Qışlaq-i Seyfəddin), Sürxəhisar, Sövmayə-i Kabudin, Tərnab, Tarun, Təzəkənd-i Poruç, Zərinkeş
      • Tirçayı dehistanı
        • KƏNDLƏRİ: Ağcaqışlaq, Əvinlik, Baləsin, Birincək, Çinar, Çiran, Dişab, Eyvarəq, Gavlıq, İşlaq, Kəlalə, Kasalan, Xəlifəli, Xacədeh, Nigabad, Niqlan, Novdüzək, Qışlaq-i Musabəy, Qışlaq-i Salmani, Qışlaq-i Süpürgəli, Şivyar, Tacarərud, Vancan
  • Türkmənçay bəxşi
    • İnzibati mərkəzi: Türkmənçay
    • DEHİSTANLARI:
      • Barvanan-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Alateymur, Baləsin-i Şərifabad, Bərcvan, Bicərli, Bulğateymur, Bağırabad, Qəribdost, Göydərə, Ceyranbulağı, Kəlhor, Mehmandost, Mollahacı, Qaracaqaya, Sanyan-i Süfla, Şeyxəhmədli, Sevinc-i Ülya, Sevinc-i Süfla, Təndirli, Tirabad, Yalqızağac, Yengicə
      • Barvanan-i Mərkəzi dehistanı
        • KƏNDLƏRİ: Xacəqiyas (Hacıqiyas), Kuhsalar-i Ülya (Kosalar-i Ülya), Kuhsalar-i Süfla (Kosalar-i Süfla), Urancaq, Vərziqan
      • Barvanan-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Əcəmi, Bərziliq, Bölükan, Çanaqbulaq, Çapqulu, Dəstcird, Gəvinərud, Helemsi, Novdiq, Oşnar, Qaratəpə, Qışlaq-i Bərzəliq, Sövmayə-i Ülya, Sövmayə-i Süfla, Vərnəkeş
      • Üçtəpə-i Qərbi dehistanı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
  2. "Census of the Islamic Republic of Iran, 1385 (2006)" (Excel). AMAR (fars). The Statistical Center of Iran. səh. 03. 20 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2022.
  3. "Census of the Islamic Republic of Iran, 1390 (2011)" (Excel). Syracuse University (fars). The Statistical Center of Iran. səh. 03. 16 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
  4. "Census of the Islamic Republic of Iran, 1395 (2016)" (Excel). AMAR (fars). The Statistical Center of Iran. səh. 03. 13 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
  5. "Miyanə şəhəri ilə tanış olmaq (30-un 22-ci hissəsi): Mianeh şəhərinin dili və ləhcəsi". 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-30.
  6. میانه، پیرامون تاریخ، جغرافیا، مشاهیر، آثار باستانی، مردم شناسی و ... شهرستان میانه، محمدصادق نائبی، صفحه ۱۷۱
  7. Miyanənin sünnilər yaşadığı Kohbanan kəndində şiələr və sünnilər arasında böyük birlik bayramı keçirilib
  8. Qeyd edək ki, Səvarəq sünni və şiə müsəlmanları əsrlərdir ki, müxtəlif şəxsi və ictimai məsələlərdə bir-birlərinə köməklik edir, sülh və birlik içində yaşayırlar[ölü keçid]
  9. میانه، پیرامون تاریخ، جغرافیا، مشاهیر، آثار باستانی، مردم شناسی و ... شهرستان میانه، محمدصادق نائبی، صفحه ۱۷۵