Asterusiya (yun. Αστερούσια Όρη) və ya Kofinas[1] (yun. Κόφινας) — Yunanıstanın Krit adasında alçaq dağ silsiləsi. Dağ silsiləsi adanın cənubunda, Mesara düzənliyindən cənubda yerləşir. Silsilə bir başa Liviya dənizi sahillərinə çıxır. Silsilə Matala kəndindən şərqdə, İraklion inzibati vahidinin ərazisindədir. Asterusiya dağlarının ən yüksək zirvəsi Kofinasdır. Kofinasın dəniz səviyyəsindən hündürlüyü 1231 metrdir[1]. Dağlar bir çox dərələrlə parçalanmışdır. Bunlardan ən böyüyünü adı Asterusiyadır. Silsilədən şərqdə, dəniz sahilində Aqios Nikitas çimərliyi yerlışir. Asterusiyanın qərb hissəsi Qərbi Asterusiya adlanır. Uzunluğu 27 km-dir. Aqifaraqodan Kokino-Pirqosa kimi uzanır.[2][3]
Asterusiya | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1231 m |
Hündür nöqtəsi | Kofinas |
Yerləşməsi | |
34°58′ şm. e. 25°06′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Asterusiya dağları zonası quraq və qızmar iqlimi ilə diqqəti cəlb edir. Yay ayları demək olar ki, quraq keçir. Yağıntıların illik miqdarı 600–800 mm-dir. Əsasən qış aylarında, yağış halında düşür. Yağışlı mövsümdə silsilənin dik yamaclarında müvvəqəti axımlar, şəlalələr formalaşır. Yağışlı mövsümdən sonra qısa müddətə ot örtüyü meydana gəlir. Qar nadir hallarda düşür. Qar örtüyü bir neçə gün davam edir.
Dağlar «Natura 2000» - qorunan ərazilər şəbəkəsinə daxildir. Asterusiya GR4310004 kodu ilə qorunur. Ərazi həm ekoloji həm də, arxeoloji əhəmiyyətə malikdir. Asterusiya silsiləsində rast gəlinən fauna və flora nümunələri: toğlugötürən (Gypaetus barbatus), ağbaş kərkəs (Gyps fulvus), berqut (Aquila chrysaetos), qırğı qartal (Aquila fasciata), şahin (Falco peregrinus) yayda — Eleonora qızılquşu (Falco eleonorae)[4]. Yerli əhali toğlugötürənə "kokkalas" deyir. Məhs onun yaşadığı ərazilərdə çoxlu sümüklər rast gəlmək mümkündür. Toğlugötürən müxtəlif heyvan sümüklərinin iliyi ilə qidalanır.
Ərazidə qədim krit mədəniyyətinə aid çoxlu arxeloji abidələr mövcuddur. Tapıntılar əsasən minoy svilizasiyasına aid olunur.