Markiz Astolf de Küstin (fr. Astolphe-Louis-Léonor, Marquis de Custine, 18 mart 1790, Niderviller — 25 sentyabr 1857, Fervak) —fransız aristokrat, səyyah, yazıçı, monarxisti.
Astolf de Küstin | |
---|---|
fr. Astolphe de Custine | |
Doğum tarixi | 18 mart 1790[1] |
Vəfat tarixi | 25 sentyabr 1857 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Fəaliyyəti | yazıçı, şair, siyasətçi, tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Markiz de-Küstin 1790-cı il martın 18-də anadan olmuşdur. Babası və atası M. Robespyer (1758–1794) gilyotininin qurbanlarından idi. Küstin 1830-cu illərdə siyasətçi və yazıçı kimi məşhurlaşmışdı. Rusiyaya da səyahət etmiş, "Rusiya 1839-cu ildə" kitabını yazmış, Rusiya gerçəkliyi haqqında obyektiv fikrə gəlmişdi. Nikolayın taxta çıxdığı gün qvardiya qiyama qalxır. İmperator və imperatriçə orduda üsyan haqqında ilk xəbərdəcə təkcə saray kilsəsinə yola düşür və orada, mehrabın pilləsində diz çökərək, əgər qiyamçılar üzərində təntənəyə nail ola bilməyəcəklərsə, taxt-tacda öləcəklərinə allah qarşısında and içiblər. İmperator mitropolitin əsgərləri sakitləşdirmək cəhdlərinin əbəs olduğunu artıq bildiyinə görə təhlükəni ciddi hesab edirdi: Rusiyada mənəvi hakimiyyətin sakitləşdirmək gücündə olmadığı həyəcan ciddi hesab olunur. İmperator özünü xaçlı bayraqla örtərək zühurü və sifətinin sakit, enerjili ifadəsilə qiyamçıları tabe edəcəyini nəzərə alaraq ora yollandı. О özü bu səhnəni mənə söyləyib, lakin təəssüf ki, mən söhbətimizin gözlənilməz şəkil almasına görə həyəcanlandığımdan hekayətin əvvəlini unutmuşam. Mən onu о andan bərpa edəcəyəm ki, yaddaşımda aydın saxlanılmışdır.