Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i).
Astragalus caraganae | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Astragalus caraganae |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Çiçəkləmə may, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında, quru daşlı yamaclarda, qayalı ərazilərdə rast gəlinir.
Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Qarababa, Badamlı, Kükü kəndləri ətrafı və Keçəldağ).
İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Populyasiyanın zəif təkrarlanması, ekoloji və antropogen təsirlərdir.
Təbiətdəki vəziyyəti böhran həddə çatmış və nəsli kəsilmə ehtimalı olan növ kimi Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.