Astragalus rostratus

Astragalus rostratus (lat. Astragalus rostratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür.

Astragalus rostratus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında).

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur.

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir. Quraqlığa davamlı, işıqsevəndir, toxumla çoxalır, orta dağ qurşaqlarında, quru, daşlı və çınqıllı yamaclarda rast gəlinir, taxıl-müxtəlifot qruplaşmalarında bitir. Xüsusi mühafizə tədbirləri aparılmır. Sayı və tendensiyası haqqında məlumat yoxdur. Məhdudlaşdırıcı amillər haqqında məlumat yoxdur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitki növüdür. Zəngilan rayonunda bitir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Tragacantha rostrata (C.A.Mey.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus zangelanus Grossh.