Asxi yaylası

Asxi yaylası (gürc. მასივი ) — Gürcüstan Respublikasının qərbində yerləşən yayla. Asxi yaylasın ölkənin Saqer və Martvil rayonlarının ərazisinə daxildir. Yayla Svaneti bölgəsinə aiddir. Bu yayla Qərbi Gürcüstanın ən yüksək karst prosesi gedən ərazisidir. Ən yüksək zirvəsinin dəniz səviyyəsindən hündürlüyü 2519 metrdir.[1]

Asxi
gürc. მასივი
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2519 m
Sahəsi 450 km²
Yerləşməsi
42°36′ şm. e. 42°36′ ş. u.HGYO
Ölkə  Gürcüstan
Asxi xəritədə
Asxi
Asxi

Yayla xarici forma baxımdan balığı xatırladır. Asxi yaylası Texuri çay dərəsinin qərbindən başlayır və kəskin olaraq şərqə, Kvereşule və Sxenisskali çaylarına doğru istiqamətlənir. Asxi tektogen mənşəli yüksək yayla formalı dağ sistemidir.

Yayalanın şimal hissəsi Kvibiya çökəkliyindən (6x12 km) və Maydani yaylasından (4x12 km) ibarətdir. Cənub hissəsində isə daha mürəkkəb sinklinal olan Turçu-Didqami düzənliyindən ibarətdir. Cənub yamacda Saçxuri, Abaşı, Okase və s. çayların eroziya mənşəli kanyon dərələri ilə kəsilib.[2]

Massivin şimal və cənub sərhədləri yüksək (300 m) sıldırımlı qayalardan ibarətdir. Asxi yaylası üçün alp çəmənliyi landşaftı və bitki örtüyü xarakterikdir. Ən yüksək zirvənin adı Qadrekiladır (Sxivindqula). Ərazinin ümumi sahəsi 450 km²-dir. Bu sahənin 120 km²-lik hissəsi çılpaq dağ ərazilərindən və karstl çəmənliklərdən ibarətdir.

Asxi mərkəzdənqaçma axınının təzahürü olan ayrı bir karst massividir. Karst mənşəli mənbələrı müxtəlif hidrodinamik zonalar və hipsometrik səviyyələrlə malikdir. Mağaraların qaleriyalarında axınlar horizontal formada hərəkət edərək bəzən möhtəşəm şəlalələr meydana gətirir.[3] Bunlardan hündürlüyü 40 metr olan Tobi -1 mağarasındakı şəlaləni və hündürlüyü 105 metr olan Tobi-2 mağarası şəlaləsini misal göstərmək olar. Sular kimyəvi baxımdan əsasən kalsium-hidrokarbonatlıdır.

Asxi mağaraları

[redaktə | mənbəni redaktə et]

Yayla ərazisində 140-dan çox boşluqlar mövcuddur. Mağaralarda daş uçqunlarının çox olması səbəbi ilə ziyarətçilər üçün təhlükəlidir. Bəzi mağara daxilində daşlaşmış dəniz orqanizmlərinin qalıqlar var. Bəzi mağaralar xüsusi adlarala adlandırılmışdır: Vısoski mağarası, Maçulski mağarası, Nino mağarası və s. 1973-cü ildə SSRİ-nin karst və mağara araşdırması institutunun məlumatına əsasən bölgədə 38 quyu və şaxta, 41 subhorizontal mağara mövcuddur. Bölgədəki mağaraların ümumi uzunluğu 3409 metr, dərinlik isə 1383 metrdir. Sahəsi 16 300 m², boşluqların ümumi sahəsi isə 192 500 m³-dir. Masifdəki mağaraların sıxlığı 100 km -də 1064 -ə çatır.

  1. "Плато Асхи". 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. "Arxivlənmiş surət". Archived from the original on 2020-12-06. İstifadə tarixi: 2021-10-23.
  3. "Плато Асхи, Грузия, Август 2015". 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.