Asya Atakişiyeva

Atakişiyeva Asya Çingiz qızı (4 fevral 1985, Bakı) — Azərbaycan aktrisası.

Asya Atakişiyeva
Atakişiyeva Asya Çingiz qızı
Doğum tarixi 4 fevral 1985(1985-02-04) (39 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili

Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbi bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsini bitirib. 2008-ci ildə "Rejissorluq" fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb, 4-cü kursda oxuyanda Hüseynağa müəllimin yanına gəlib ki, orada işləmək istəyir. Rejissorluq üçün müraciət etsə də, aktrisa kimi işə qəbul olunub.

Hüseynağa Atakişiyevin qardaşı qızıdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk baş rolu Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu yox imiş" tamaşasında olmuşdur. Gənclər teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra burda əsasən uşaq tamaşalarında oynayıb, əsasən də Nicat Kazımovun tamaşalarında.

İkinci baş rolu isə "Yatmış gözəl" tamaşasında olub. Bu tamaşadan sonra rejissorların gözünə çarpmışdır. Ardınca "Mənim ağ göyərçinim"də Turan, "Mən səni sevirəm"də Nazını oynamış, "Göyçək Fatma" da həmin vaxtların tamaşasıdır.

  • Gözəl qız — ("Kim dedi ki, simurq quşu var imiş", K. Abdulla)
  • M. F. Axundov — ("Mürafiə vəkilləri", Jaklin)
  • Xidmətçi — ("Əbləhlərin toyu", R. Əlizadə)
  • Ölüm mələyi — ("Bir az gəlirmisiz", Ə. Nesin)
  • Feodora — ("Sara xatun", N. Saraclı)
  • Cücə, Leyləyin balası — ("Tülkünün uçuşu", A. Şaiq)
  • Şəngülüm — ("Şəngülüm, Şüngülüm, Məngülüm")
  • Dovşan — ("Müqəvva", Nağıl)
  • Oğlanın nişanlısı- ("Pasport", R. Abdullayev)
  • Qonaq, xidmətçi — ("Ər və arvad", Ü. Hacıbəyov)
  • Tıq-tıq xanım – ("Nağıl-tamaşa")
  • Bala pişik – ("Pişiyin evi", S. Marşak)
  • Ağ boyun – (Çəkməli pişik" Ş. Perro)
  • Müştəri – ("Aydın", C. Cabbarlı)
  • Nina – ("Şeyx Sənan", H. Cavid)
  • Pərzad – ("Hekayəti xırs quldurbasan" M. F. Axundzadə)
  • Gülsüm – ("Məkkəyə gedən yol" C. Məmmədquluzadə)
  • Kamilla – ("Viktoriya" K. Hamsun)
  • Əks- səda – ("Ələddinin sehrli çırağı" Ərəb xalq nağılı)
  • Luiza – ("Şelkunçik", E. T. A. Hofman)
  • Yatmış gözəl – ("Yatmış gözəl" B. Marvin)
  • Şarlot – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
  • Turan – ("Mənim ağ göyərçinim" T. Vəliyeva)
  • Göyçək Fatma – ("Göyçək Fatma" Azərbaycan xalq nağılı)
  • Nazı – ("Mən səni sevirəm – M. S. S" Ə. Əmirli)
  • Cülyetta – ("Romoe və Cülyetta" U. Şekspir)
  • Şərəfnisə – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
  • Səhər – ("Şahzadə Xəzərin nağılı" K. Ağabalayev, N. Kazımov)
  • Qaraca qız – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
  • Məngülüm, quzu – ("Şəngülüm, şüngülüm, məngülüm " M. Müşfiq)
  • Betan – ("Balaca və damda yaşayan Karlson" A. Lindqren)
  • Çiçək – ("Hasarın o üzü" Ə. Əmirli)

6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür[1].

  1. Qayınana (film, 2011)
  2. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  3. 28 iyun (film, 2016)
  4. Ata ocağı (film, 2017) (bədii serial)
  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.