At əvəliyi (lat. Rumex confertus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
At əvəliyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: At əvəliyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Çoxillik ot bitkisi olub, hündürlüyü 60-150 sm-ə bərabərdir. Gövdəsi çılpaq, şırımlı olub, yuxarı hissəsi budaqlanandır. Yarpaqları saplaqlı, çətirşəkilli, gövdənin aşağı hissəsinin yarpaqları uzunsov üçbucağabənzər-yumurtaşəkilli, əsası ürəkşəkilli, künclu, uzunluğu 2,5 sm, eni isə 12-13 sm, yuxarı hissəsinin yarpaqları isə yumurtavari-neştərşəkilli olub, əksər yarpaqları kiçikdir. Yarpaqlarının əsasən aşağı hissəsi damarlı və xırda tükcüklüdür. Çiçəkləri demək olar ki, yarpaqsız, sıx, ensiz silindrik, 6 bölümlü olmaqla, yaşıl rənglidir. Meyvələri 3 bölümlü, oval, qəhvəyi fındıqcadır. Qısa şişkinlikli kökümsovları yastı, zəif budaqlanan kökə çevrilir.
Çəmənliklərdə, otlu çay kənarlarında, meşə talalarında, otlaq, əkin yerlərindəki alaq otları içərisində rast gəlinir.
Keyfiyyətli xammal kimi kökləri payız fəslində (avqust-sentyabr) toplanılmalıdır. Xammal yalnız quru havada, günün ikinci yarısında günəşli gündə toplanılaraq, çardaxda, ventiliyasiyalı yerlərdə və ya 50-60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Zəif iyli, özünəməxsus acı və büzücü dadlıdır.
Quru halda yaxşı havalanan, qaranlıq və işıqdan qorunan yerlərdə saxlamaq lazımdır. Saxlanılma müddəti 3 ildir.
Köklərində antrasen törəmələri, aşı maddələri, flavonoidlər, üzvi turşular, duzlar, fenol-karbol turşusu, vitaminlər, karbohidrat və digər maddələr vardır. Antrasen törəmələri 0,83-3,16% təşkil edir ki, bunlar da franqulaemodin və onun qlükozidləri şavelin, aloe-emodin, xrizofan turşusu, fisçion, xrizofanein təşkil edir. Aşı maddələri 8-12%, katexin, epikatexin, epikatexinqallat və katexin dimerləri olmaqla, 4,6-16,9% təşkil edir. Flavonoidlərdən isə hiperin, rutin, antosian, leykoantosian, leykosianidin, leykodelfinidin, leykopelaarqonilin, oksalat, limon, alma, qall turşuları və K, C vitaminləri, qlükoza, fruktoza, saxaroza və nişastadan təşkil olunmuşdur.
İşlədici xassəli dərmandır. Tərkibindəki antrasen törəmələri işlədici kimi bağırsaq peristaltikasını artırır, aşı maddələri, büzücü, iltihabsorucu və ishaləleyhinə, qatranlı maddələr də işlədici təsir göstərir.
Rəvənd kökü xammalı. İşlədici (büzücü) dərmandır.
Rəvənd miksturası. M.N.Zdrenko metodu ilə hazırlanan miksturadır.
Yabanı çoxillik bitki olub, kökləri payızda toplanılaraq M.N.Zdrenko metodu ilə mikstura hazırlanır. Kökləri büzücü olduğundan az dozalarla mədə-bağırsaq xəstəliklərində kolit, enterkolitdə, yüksək dozalarda isə işlədici vasitə kimi istifadə edilir. Baytarlıq praktikasında bağırsaq və dəri xəstəliklərində tətbiq edilir. Məhlul və bişirmələr hazırlanır.