Atapuerko dağları (isp. Sierra de Atapuerca) — İspaniyanın şimalındakı Castilla və Leonun Atapuerca şəhərinin yaxınlığında yerləşən bir karst təpəsidir. Davam edən qazıntılar zamanı, Qərbi Avropadakı ilk Homo sakinlərinə aid edilən yerli mağara kompleksində zəngin fosil yataqları və daş alət dəstləri aşkar edilmişdir.[1] Atapuerko dağları, Homo erectus, Homo antisessor (və ya Homo erectus antagonisti) və Homo heidelbergensis cəmiyyətlərinin üstünlük verdiyi “fövqəladə məlumat ehtiyatı” Alt Paleolit dövründə yoxa çıxmışdır.
Antik Atapuerko şəhəri | |
Archaeological Site of Atapuerca [* 1] | |
| |
Ölkə | İspaniya |
---|---|
Tip | Mədəni |
Kriteriya | iii, v |
Keçid | 989 |
Region | Avropa və Amerika [* 2] |
Daxil edilməsi | 2000 (24-cü sessiya) |
|
|
Atapuerko dağlarında tapılan kəllə sümükləri Homo erectusdan daha böyük beyin yuvalarına və daha müasir görünüşlü burun və yanaq sümüklərinə sahib idi. Paleontoloqlarda yeni bir növün mövcudluğunu qəbul edib onu Homo antisessor adlandırdılar.
Hal-hazırda kəşf edilmiş və etibarlı bir şəkildə tarixi yaşı qiymətləndirmiş ən qədim nümunə 1,2 milyon ilə 600,000 il arasında yaşı müəyyən edir. Ərazi Atapuerkonun Arxeoloji Sahəsi adı altında UNESCO-nun Dünya İrsi Siyahısınə daxil edilmişdir.[2][3]
İspaniyanın Kastiliya əyalətinin qədim paytaxtı olan Burqos şəhəri yaxınlıqında Syerra-de- Atapuerka adında dağ sistemi mövcuddur. Bu ərazi İspaniyanın Milli mədəni və təbiət maraqı və eyni zamanda Ümumidümya irsi elan edilmişdir. Unikal sayılan bu yeri həvəskar arxeoloqlar XIX-cu əsrin sonlarında kəşf ediblər. Sistematik elmi araşdırmalar burada 1978-ci ildən etibarən aparılır.
Atapuerkada bütöv bir yeraltı mağaralar sistemi mövcuddur. Bu mağaraların müxtəlif səviyyələrində ibtidai insanların, heyvanların və bitkilərin qalıqları, və həmçinin müxtəlif dövrlərə aid məişət tullantıları aşkar edilmişdir. Belə bir hal bir məkanda insan təkamülünü tədqiq etməyə imkan yaradır. Belə ki, fil çalası adlanan mağarada 2008-ci ildə Avropada ən qədim insan qalıqları aşkar edilmişdir. Bu qalıqların təxminən 1 200 000 il yaşı var. Alimlərin fikrincə bu qalıqlar indiyə qədər yalnız Afrikada məlum olan Homo erectus növünə aid ola bilər.
Mağaralar sisteminin başqa bir səviyyəsində 800 000 il yaşı olan digər artefaktlar aşkarlanıb. Bu tapıntılar Homo antecessora (sələf) aid edilir. Homo ailəsinin bu nümayəndəsinin beyninin həcmi 1000 kub sm təşkil edib ki bu da primitiv texnologiya ilə daş əlatlərin hazırlanması üçün kifayət idi.
500 min il yaşı olan təbəqədə isə Homo heydeldergensis aşkar edilib. Bu insan əcdadının təxminən 1m 70 sm boyu olub, beynin həcm isə 1 400 kub sm təşkil edib. Tapıntılara əsasən o artıq mürəkkən alətlər hazırlaya bilirmiş. Kəlləsinin daxili hissəsindəki izlərə əsasən Homo heydeldergensis nitq qabiliyyətinə malik idi.
Atapuerkada ən maraqlı tapıntılardan biri də Avropada ən qədim qəbirstanlıqdır. Təqiqatlar zamanı aşkar edilmişdir ki, mağaralardan birinə insanları artıq ölü olaraq atırmışlar və onların yanına axirət dünyasında istifadə üçün yeni əmək alətləri qoyurdular. Bu tapıntılara qədər hesab olunurdu ki, ölüləri ilk dəfə neandertallar dəfn edirmişlər.