Ataqo məbədi (愛宕神社, Ataqo-cinca?) – Yaponiyanın Kioto şəhərinin Ukyo rayonundakı Ataqo dağında yerləşən şintoist məbədi.
Şintoizm | |
Ataqo məbədi (愛宕神社?) | |
---|---|
Din | |
Festivalları |
31 iyul 28 sentyabr (illik) |
Növü | Ataqo |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Kioto prefekturası |
Şəhər | Kioto |
Rayon | Ukyo |
Yeri | Ataqo dağı |
|
|
Saytı | |
atagojinjya.jp | |
Şintoizm terminologiyası |
Məbəd çox uzun müddət Ataqo dağda yerləşən buddist məbədi olan Hakuun məbədi ilə assosiasiya olunurdu.[1] Belə ki, bu buddist məbədi döyüş meydanında qələbəni gətirdiyinə inanılan bodhisattva Cizoya həsr olunmuşdu.[1] Ataqo məbədindəki şintoizm ilahların Cizonun Yaponiyadakı inkarnasiyaları hesab edilmişdir.[1] İnanca görə məbədin ilahları paytaxtı qoruyur, yanğınların qarşısını alır və döyüşçülərin qayğısına qalır.[1] Buna görə də məbədə tez-tez ziyarətlər baş tutmuş və Yaponiyada Ataqo məbədinin bir çox qolu tikilmişdir.[1]
1868-ci ildə şintoizmlə buddizmin ayrılmasından sonra məbədin buddizmlə olan əlaqəsi kəsilmiş və buddizm simvolları məbəddən yığışdırılmışdır.[1]
Ataqo məbədi iki məbəddən ibarətdir.[1] Əsas məbəd (honqu) alov kamisinin anası İzanamiyə, kənd təsərrüfatı kamisi Vakumusubiyə, eləcə də, digər üç kamiyə həsr olunmuşdur.[1] İkinci dərəcəli məbəd (vakamiya) alov kamisi Kaqutsuçiyə və digər iki kamiyə həsr olunmuşdur.[1]
Hər ilin 31 iyul tarixində zəvvarlar dağa dırmaşaraq yanğından qorunmaq üçün tilsim almağa gəlirlər.[1] Hər ilin 28 sentyabrında məbəddə illik festival baş tutur.[1]