Atatürkün Ev Muzeyi (Antalya)

Atatürkün ev-muzeyi (türk. Atatürk Evi və Müzesi) — Türkiyənin Antalya Muratpaşa səmtində Atatürk küçəsində yerləşən, Mustafa Kamal Atatürkün 6-11 mart 1930-cu il tarixləri arasında Antalyaya səfəri zamanı qaldığı və daha sonra muzeyə çevrilən 2 mərtəbəli ev.

Atatürkün ev-muzeyi
Xəritə
Əsası qoyulub 1986
Ölkə
Yerləşir Antalya, Antalya ili
Ziyarətçi sayı
  • 71.800 nəf.
36°52′49″ şm. e. 30°42′27″ ş. u.HGYO

Daha sonra Atatürk 2 dəfə — 1931 və 1935-ci illərdə Antalyaya səfər etmiş və hər iki dəfə ona bağışlanan evdə qalmışdır.[1]

Muzeyin yerləşdiyi daş bina 2 mərtəbəlidir.

XX əsrin əvvəllərində inşa edilən, bir müddət qubernatorluq binası kimi istifadə edilən Atatürk Evi, Atatürkün Antalyaya səfər edəcəyi xəbərindən sonra bir neçə gün ərzində Antalyalılar tərəfindən təmizlənərək əşyalarla təmin edilərək Atatürkə təqdim edilib.[2]

Girişdə uzun salon, salonun sağında qonaq otağı, kiçik otaq, hamammətbəx, salonda daha 2 otaq və yuxarı mərtəbəyə pilləkən var. Üst mərtəbədə salondan əlavə 7 otaq, otagin birində balkon var.

Evin muzey olması

[redaktə | mənbəni redaktə et]

Atatürkün ölümündən sonra bina "Antalya Atatürk Evi" adlı özəl idarəyə verildi və 1939-cu ildə Qızlar üçün olan İncəsənət Məktəbi və Qızlar İnstitutu binası olaraq istifadə edildi.

1952-ci ildə bina Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olub. 1980-ci ildə bina Mədəniyyət və Turizm Nazirliyinin[3] tabeliyinə verilib və bərpadan sonra dahi türkün müzeyi kimi istifadəyə verilmişdir.[1].

1984-cü ildə ev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçib. Yeni şəhər salma planının icrası zamanı bina sökülüb və yenidən tikilib. Dördbucaq formasında, iki mərtəbəli, iki fasadı, üstü kirəmitlə örtülmüş və daş-kərpic divarları olan bina 1986-cı ildən Atatürk evi və muzeyi kimi fəaliyyət göstərir. 1986-cı ildə təmir edilərək Atatürk Muzeyi kimi ziyarətçilərin istifadəsinə verilmişdir.[1]

Muzey bazar ertəsi günü bağlıdır. Giriş pulsuzdur.

Birinci mərtəbədə Atatürkün 6-10 mart 1930-cu il və 18-19 fevral 1935-ci il tarixləri arasında Antalyaya səfərləri ilə bağlı qəzetlər, fotoşəkillər və sənədlər nümayiş etdirilir. İkinci mərtəbədə 2 iş otağı və 1 yataq otağı var. Həmin mərtəbədəki digər bölmədə isə Cümhuriyyətin elan edilməsindən sonra dövriyyəyə buraxılmış əskinaslar, sikkələrpoçt markalarının kolleksiyası nümayiş etdirilir.[4]

Muzeyin ən mühüm hissəsi Ankaradakı Anıtqəbri mavzoleyindən gətirilən Atatürkün şəxsi əşyalarının nümayiş olunduğu otaqdır.[2]

  1. 1 2 3 "Музей Ататюрка в Анталии". TURK-IN.RU. 2019-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  2. 1 2 https://web.archive.org/web/20110307232633/http://www.antalyamuzesi.gov.tr/tr/antalya-ataturk-evi-muzesi
  3. "Arxivlənmiş surət". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  4. "Arxivlənmiş surət". 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]