Atatürkün ev-muzeyi (Antalya)

Atatürkün ev-muzeyi (türk. Atatürk Evi və Müzesi) — Türkiyənin Antalya Muratpaşa səmtində Atatürk küçəsində yerləşən, Mustafa Kamal Atatürkün 6-11 mart 1930-cu il tarixləri arasında Antalyaya səfəri zamanı qaldığı və daha sonra muzeyə çevrilən 2 mərtəbəli evdir. Daha sonra Atatürk iki dəfə - 1931 və 1935-ci illərdə Antalyaya səfər etmiş və hər iki dəfə ona bağışlanan evdə qalmışdır.[1]

Atatürkün ev-muzeyi
Əsası qoyulub 1986
Ölkə
Yerləşir Antalya, Antalya ili
Ziyarətçi sayı
  • 71.800 nəf.
36°52′49″ şm. e. 30°42′27″ ş. u.
Atatürkün ev-muzeyi xəritədə
Atatürkün ev-muzeyi
Atatürkün ev-muzeyi

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzeyin yerləşdiyi bu bina daş divarlı iki mərtəbəli binadır.

XX əsrin əvvəllərində inşa edilən, bir müddət qubernatorluq binası kimi istifadə edilən Atatürk Evi, Atatürkün Antalyaya səfər edəcəyi xəbərindən sonra bir neçə gün ərzində Antalyalılar tərəfindən təmizlənərək əşyalarla təmin edilərək Atatürkə təqdim edilib.[2]

Girişdə uzun salon, salonun sağında qonaq otağı, kiçik otaq, hamam və mətbəx, salonda daha 2 otaq və yuxarı mərtəbəyə pilləkən var. Üst mərtəbədə salondan əlavə 7 otaq, otagin birində balkon var.

Evin muzey olması[redaktə | mənbəni redaktə et]

Atatürkün ölümündən sonra Antalya Atatürk Evi özəl idarəyə verildi və 1939-cu ildə Axşam Qız İncəsənət Məktəbi və Qızlar İnstitutu binası olaraq istifadə edildi.

1952-ci ildə bina Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olub. 1980-ci ildə bina Mədəniyyət və Turizm Nazirliyinin[3] tabeliyinə verilib və bərpadan sonra dahi türkün müzeyi kimi istifadəyə verilmişdir.[1].

1984-cü ildə ev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə keçib. Yeni şəhər salma planının icrası zamanı bina sökülüb və yenidən tikilib. Dördbucaq formasında, iki mərtəbəli, iki fasadı, üstü kirəmitlə örtülmüş və daş-kərpic divarları olan bina 1986-cı ildən Atatürk evi və muzeyi kimi fəaliyyət göstərir. 1986-cı ildə təmir edilərək Atatürk Muzeyi kimi ziyarətçilərin istifadəsinə verilmişdir.[1]

Muzey bazar ertəsi günü bağlıdır. Giriş pulsuzdur.

Eksponatları[redaktə | mənbəni redaktə et]

Birinci mərtəbədə Atatürkün 6-10 mart 1930-cu il və 18-19 fevral 1935-ci il tarixləri arasında Antalyaya səfərləri ilə bağlı qəzetlər, fotoşəkillər və sənədlər nümayiş etdirilir. İkinci mərtəbədə 2 iş otağı və 1 yataq otağı var. Həmin mərtəbədəki digər bölmədə isə Cümhuriyyətin elan edilməsindən sonra dövriyyəyə buraxılmış əskinaslar, sikkələrpoçt markalarının kolleksiyası nümayiş etdirilir.[4]

Muzeyin ən mühüm hissəsi Ankaradakı Anıtqəbri mavzoleyindən gətirilən Atatürkün şəxsi əşyalarının nümayiş olunduğu otaqdır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Музей Ататюрка в Анталии". TURK-IN.RU. 2019-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  2. 1 2 https://web.archive.org/web/20110307232633/http://www.antalyamuzesi.gov.tr/tr/antalya-ataturk-evi-muzesi
  3. "Arxivlənmiş surət". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  4. "Arxivlənmiş surət". 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]