Xəzər aterini (lat. Atherina caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinin aterin cinsinə aid heyvan növü.
Xəzər aterini | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Ranqsız: Ranqsız: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Xəzər aterini |
||||
Beynəlxalq elmi adı | ||||
|
Xəzərin hər yerində yayılmışdır. Sara yarmadası, Böyük Qızılağac körfəsi, Kür dili rayonlarında üstünlük təşkil edir. Kürün mənsəbində, az miqdarda Kiçik körfəzdə, Qumbaşı çayında, Lənkəran çaylarında, Uzbay vadisi göllərində, duzluluğu 60 %-ə çatan Kaydak körfəzində qeydə alınır.
D VIII,1 10–15, A 11–16, qəlsəmə dişiciklərinin sayı 19–26, orta hesabla 22–23, fəqərələrinin sayı 44–48 olur. Yan xətti yoxdur. Bədəninin yanları boyu gümüşü rəngdə zolaq uzanır. Qarnı girdələşmiş şəkildədir. Ağzı böyükdü və ucda yerləşir. Çənələri gözün ön kənarına qədər çatır və ya bir qədər geriyə keçir. Qəlsəmə qapaqları və gözaltı sümüklərinin üzəri pulcuqlarla örtülü olur. Başının uzunluğu bədən uzunluğundan dörd dəfə azdır. Gözləri böyükdür, onun diametri başının uzunluğunun təxminən üçdə birini təşkil edir.
Aterin pelagik həyat tərzi keçirir, dənizdə çoxalır, arabir şirin sulara girir, lakin uzaqlara getmir. Vətəgələrdə başqa balıqları tutmaq üçün qoyulan toplara düşən aterinlərin uzunluğu 12 sm-ə qədər, çəkisi isə 13,5 q-a qədər olur. Aterin qidalanma baxımından yüksək plastik balıqdır. Onun yem tərkibinə plankton, nektobentos, dib orqanizmləri nümayəndələri, cücü sürfələri, erkən balıq körpələri daxildir. Əsas yemini ilbiz sürfələri, sikloplar, hava cücüləri və su bitkilərinin qırıntıları təşkil edir. Böyük Körfəzdə plankton və bitkilər onun əsas yemidir.
Pelagik sürü balığıdır, yerdəyişməsi zəif öyrənilib. Şimali Xəzərdə apreldə nəzərə çarpır. 2–3 yaşında cinsi yetkinliyə çatır. Qonadaların yetişməsi hissə-hissədir. Suyun 10–120 temperaturunda — apreldə başlayan kürütökmə 2 dəfəyə həyata keçirilir və bütün yay ərzində davam edir. Kürülərin qabığında sapşəkilli çıxıntı olur və bunun köməyilə bitkiyə yapışır. 4,0–12,0 sm uzunluğunda balıqların iri kürülər üzrə məhsuldarlığı orta hesabla 360, ən çox – 1 mindən artıq, ən az 60 kürüdür.
Çoxsaylı, ancaq aşağı dəyərli balıqdır. Xüsusi olaraq tutulmur, sahil torları ilə kilkə tutumu zamanı tora düşür.