Atlas silkələndi (ing. Atlas Shrugged) — Ayn Randın 1957-ci ildə yazdığı roman. Bu, onun ən uzun, həyatda olarkən nəşr olunan dördüncü və sonuncu romanı idi və Rand bu romanı bədii ədəbiyyat sahəsində özünün ən böyük əsəri hesab etmişdir.[1] "Atlas silkələndi" elmi fantastika və romantizm elementlərini ehtiva edir və Randın əsərləri arasında obyektivizmin ən geniş ifadə edildiyi əsərdir. Rand "Atlas silkələndi"-nin ideyasını "insan zehninin var oluşdakı rolu" kimi təsvir etmişdir. Kitab Randın sonralar obyektivizmi inkişaf etdirəcəyi bir sıra fəlsəfi mövzuları, mülkiyyət hüquqları, fərdiyyətçilik, libertarianizm və kapitalizmi araşdırır və Randın hökumətin qoyduğu məcburiyyətlərin yaratdığı uğursuzluqlar kimi gördüklərini təsvir edir.
Atlas silkələndi | |
---|---|
ing. Atlas Shrugged | |
Müəllif | Ayn Rand |
Janrlar | elmi fantastika |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 10 oktyabr 1957 |
Vikianbarda əlaqəli mediafayllar |
"Atlas silkələndi" əsasən mənfi rəylər alsa da, əsər sonrakı onilliklərdə davamlı populyarlıq və satışlar əldə etdi. Romana müxtəlif libertarian və mühafizəkar mütəfəkkirlərə və siyasətçilərə təsir kimi istinad edilmişdir.