Atliçali

Atliçali - Qarabağın Otuziki tayfasının oymaqlarından birinin adı. Bu oymaq Kür çayının sağ sahilində (Ağcabədi rayonunu) Yastıyol və Toğay Ziyadlı adlı yerlərdə qışlamış, əkinciliklə məşğul olmuş və yaylağı isə İrəvan əyalətinin Qaraxac adlı yer olmuşdur. Mənşəçə qıpçaqların Et (Ed) tayfasının adı ilə bağlıdır.


  • Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
  • Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987