Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[3]
Kənd | |
Qaraxaç | |
---|---|
39°50′54″ şm. e. 44°58′42″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.000 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə [6] xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur.
Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8].
1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
1873 - cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni,1886-cı ildə 498 nəfər azərbaycanlı, 288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdır[9].
1918-ci ildə azərbaycanlılar zorla və qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişlər.Qaraxaçda ermənilərlə yanaşı 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır[9].
1948-49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər yaşayır.