Atropatidlər

AtropatidlərAtropatena dövlətində hakimiyyətdə olmuş sülalə.

Atropatidlər
Banisi Atropat
Sonuncu hökmdar II Artavazd
Hazırkı rəhbər Yoxdur
Əsası qoyulub E.ə. 328

Müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə e.ə. 328-ci ildə yaradılmışdır. Atropatın ölümündən sonra isə hakimiyyətə Artabazan keçmişdir. Atropatın əsasını qoyduğu sülalə Atropatidlər sülaləsi adlandırılır. Atropatidlər sülaləsi Arşakilərin kiçik qolu – Atropatena arşakiləri Atropatena hakimiyyətə gələnə kimi öz hakimiyyətini davam etdirmişdir.

Atropatidlər sülaləsindən olan hökmdarların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Atropat – e.ə. 328 – ci ildə hakimiyyətə gəlmişdir.
  2. Artabazan – III Antioxla sülh müqaviləsi bağlamışdır.
  3. Mitridad ( və ya Mehrdad) – e.ə. 67 – ci ildə Ermənistan hökmdarı II Tiqranın qızı ilə evlənmişdir.[1]
  4. Dara (və ya Daryuş) – e.ə. 65 – ci ildə hakimiyyətə gəlmişdir.
  5. I Ariobarzan – e.ə. 30 – cu illərdə hakmiyyətdə olmuşdur.
  6. I Artavazd – e.ə. 20-ci illərdə hakimiyyətdə olmuşdur.
  7. II Ariobarzan – e.ə. 20 – ci illərin sonlarından b.e. – nın 2 – ci ilinə kimi hakimiyyətdə olmuşdur. O, eramızın birinci ilinə kimi həm də Ermənistanın hökmdarı olmuşdur. Antoninin Kleopatradan olan oğlu İskəndər II Ariobarzanın bacısı, I Artavazdın qızı ilə evlənmişdir.[2]
  8. II ArtavazdAtropatenanın, daha sonra isə həm də Ermənistanın hökmdarı olmuşdur.
  1. V. İ. Adiyev – İstoriya Drevnevo Vostoka, Moskva, 1970
  2. A. Fazili – Atropatena, Bakı, 1992