II Ariobarzan

II AriobarzanAtropatenanın Atropatidlər sülaləsindən olan hökmdarlarından biridir. Digər Atropatena hökmdarı I Ariobarzanın (I Arobarzan) oğludur.

II Ariobarzan
erm. Արիոբարզան
Doğum tarixi e. ə. 40-cı illər və ya bilinmir[1]
Vəfat tarixi 4[1]
Uşağı
Atası I Artavazd[1]
Fəaliyyəti suveren[d]

Şəxsi həyatı haqqında məlumatlar çox azdır. Məlumdur ki, Ariobarzan on ildən artıq Romada yaşamış, Roma tərbiyəsi almışdır. O, Romaya səmimi dostluq münasibətləri bəsləyirdi. Hakimiyyətinin ilk dövrlərində Atropatena xeyli zəifləyərək mövqeyini itirir. Hətta atası I Artavazdın dövründə idarəçiliyi Atropatenaya tapşırılmış Arminiya taxt-tacı da itirilmişdi. Lakin sonradan II Ariobarzanın yürütdüyü uğurlu siyasət nəticəsində Roma imperiyasının imperatoru Oktavian Avqust Ermənistan taxtını yenidən Atropatenaya hədiyyə edərək, Arminiyanın idarəsini Atropatenaya tapşırmışdır.

  1. 1 2 3 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.