Atskuri və ya Atskuri Məryəmin Ölümü kilsəsi (gürcücə: აწყურის ღვთისმშობლის მიძინების სახელობის ტაძარი) — cənubi Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Axısqa bələdiyyəsində yerləşən Atskuri kəndində tikilmiş orta əsrlər kafedralıdır. İlk dəfə X və XI əsrlərdə tikilmiş olan kilsə 1283-cü ildəki zəlzələ nəticəsində dağıldıqdan qısa müddət sonra yenidən inşa edilmişdir. Kafedral şrqində üç çıxıntısı olan xaçlı qübbə kilsəsi idi. Kafedral dövründə Gürcüstandakı ən böyük kafedrallardan biri olmuşdur, ancaq kilsədən geriyə sadəcə uçuq dıvarlar qalmışdır. 2016-cı ildə kilsəni tamamən yeniləmə layihəsi başladılmışdır. Kilsə Gürcüstanın Milli Əhəmiyyətə Sahib Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxildir.[1][2]
Atskuri kilsəsi | |
---|---|
41°43′40″ şm. e. 43°09′55″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə Kür çayının sağ sahilindəki kiçik təpənin ətəyində yerləşməkdədir. Biri 10 və 11-ci əsr, digəri 13 və 14-cü əsrlərə aid edilən iki inşaat qatı ayırd edilir.[3] İkinci qat 1283 zəlzələsindən sonra inşa edilən strukturlardan ibarətdir. Atskuri Gürcüstanın mərkəz qismindəki ən önəmli xristian mərkəzlərdən biri olmuşdur. Yepiskopun mərkəzi olan kilsə incə zövqlə hazırlanmış Odigitria ikonalarına ev sahibliyi etməkdədir. Orta əsrlər gürcü xronologiyalarına görə ikonalar buraya Andreas tərəfindən gətirilmişdir. Kilsəni Bizans imperatoru Heraklios 627-ci ildəki Sasani döyüşünə gedərkən ziyarət etmişdir. İkonalar 1283-cü il zəlzələsində kilsənin uçural qübbəsinin altında qalsa da, xəsarət almamışdır. XVI əsrin sonlarında ikonalar Gelat monastırına gətirilmişdir. 1952-ci ildə isə monastrdan Tiflisdəki Gürcüstan Milli Muzeyinə gətirilmişdir.[4]
Yenilənmiş Atskuri kafedralı Samtshedəki Cakeli çarlığının himayəsində idi. Kilsədə çalışan yepiskop Matsqvereli ünvanına sahib idi və Gürcüstandakı ən təsirli baş keşişlərdən biri idi. Baş keşiş Gürcüstan çarlığının X əsrdəki parçalanması ilə Gürcü Ortodoks Kilsəsindən muxtariyyət belə tələb etmişdir. Kilsə Osmanlı imperiyasının 1578-ci ildə Samtsheni işğal etməsi və İslamı gətirməsi ilə paralel döyüşlərə və zəlzələlərə baxmayaraq, XIX əsrin əvvəllərinə qədər istifadə edilmişdir.[5]
Sovet İttifaqının son illərində - 1980-ci illərdə Atskuridəki xristianlıq mirasına olan maraq könüllü tələbə qrupları tərəfindən təkrar canlandırılmışdır. İrəliləyən illərdə bir sıra arxeoloki fəaliyyət aparılmış və 2016-cı ildə Gürcüstan hökuməti tərəfindən kilsənin yenidən inşasına yönəlmiş tam əhatəli restavrasiya layihəsi başladılmışdır.[6]
Restavrasiya layihəsinə başlamadan əvvəl binanın ayaqda qalan qismləri dağılmışdır. Qübbə bütün tonozlar və üst divarlar olduğu kimi dağılmışdır. Qurbangahın hissələri və hər iki tərəfindəki bölmələr - cənubdakı diyakonik və şimaldakı protezlər - çıxıntılı səthli divarlarla günümüzə çatmışdır. İç divarlar, pilastörlər və qurbangah divarının bəzəkli detalları kimi dekorasiya parçalarını qorumuşdur. Kilsənin zəngin formada bəzədilmiş daşları kəndlilər tərəfindən öz strukturlar üçün istifadə edilmişdir və kəndin hər hansı bir yerində dağıdılmış olaraq tapıla bilər. Arxeoloji qazıntılarla bərabər, dağıdılmış kafedralın içində və ətrafında osta əsrlərdən qalma gürcücə abidələr ilə X əsrdən qalma kilsə və əlavə binalar kimi başqa strukturlar da tapmışdırlar.[7][8]