Aukştaytiya (lit. Aukštaitija) — Litvanın şimal-şərqində etnoqrafik bölgə. Aukşaytiya dialekti Aukşaytiya bölgəsindən daha geniş ərazidə danışılır.[2]
Etnoqrafik bölgə | |||||
Aukştaytiya | |||||
---|---|---|---|---|---|
lit. Aukštaitija | |||||
| |||||
|
|||||
55°43′30″ şm. e. 24°21′50″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Panevejis və ya Utena[1] | ||||
Ən böyük şəhəri | Panevejis | ||||
Rəqəmsal identifikatorlar | |||||
Avtomobil nömrəsi | LT | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bölgənin adını qeyd edən ən erkən tarixi sənəd 1294-cü ilə aid olan Peter fon Dusburq yazdığı Prussiya torpaqlarının xronikalarıdır. 1420-ci ildə Aukştaytiya sözü Böyük Vitovtun məktubunda qeyd olunur.[1]
Bölgənin qərbində yerləşən Muşos-Nəmunelis və Nevejis düzənlikləri var.[3] Orda Şventoyi çayı axır. Bölgənin təpəli hissəsi də var.[1] Litvanın göllərinin çoxu bu təpəli hissədə İqnalinanın ətrafında yerləşir.[4] Ölkənin ən dərin (Tauraqnas 50,5 m) və ən böyük (Drukşyay) gölləri də Aukştaytiyada yerləşir.[5] Bölgənin şərqindəki 1300 kv.km. ərazisində uzanan Aukştaytiya Milli Parkının ərazisində 126 göl yerləşir.[6]
Aukştaytiyanın böyük hissəsi şərqi Aukştatiya ləhcəsində danışır. Bölgənin qərbi hissəsində (Şyaulyay və Kaunas ətrafları) isə qərbi Aukştatiya ləhcəsində danışırlar.[1]
Əhalinin əksəriyyəti katolik litvalılardır. Visaginas şəhərinin ətrafında əhalinin çoxunu ruslar təşkil edir, Birjay ətrafında isə 10% kalvinist litvalıların azlığı var.[6]
Bölgənin qərbi düzənlikləridə çox sayda fermalar mövcuddur. Təpəli şərqdə isə köhnə üslubda saxlanılmış kəndlər var.[7]
Aukştaytiya üçün ənənəvi yeməklər müxtəlif fətir və düşbərə növləridir. Bundan əlavə, bölgədə arpa pivəsinin hazırlaması ənənəsi var[1] və burda həmçinin alma və giləmeyvə şərabları hazırlanır.[8]