Autoimmun tireoidit xəstəliyi

Haşimoto tiroiditi və ya autoimmun tiroiditqalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir.

Haşimoto tiroiditi
XBT-10 E06.3
XBT-9 245.2
OMIM 140300
DiseasesDB 5649
MedlinePlus 000371
eMedicine med/949 
MeSH D050031
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir.

Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir.

Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır.

Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır. Müalicə endokrinoloq həkim tərəfindən aparılmalı və nəzarət edilməlidir.