Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km²[1] təşkil edir.
Avaci adası | |
---|---|
yap. 淡路島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 592,17 km² |
Uzunluğu |
|
Eni | 24 km |
Hündür nöqtəsi | 606 m |
Əhalisi | 157.000 nəfər (2005-ci il) |
Yerləşməsi | |
34°23′00″ şm. e. 134°50′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir[2]. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir.
VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol[3] mənasını verir.
İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir. Burada 3 şəhər dairəsi yerləşir: Avaci, Sumoto və Minamiavaci. Onlar arasında ən irisi Sumotodur.
Ada əhalisinin əsas gəliri sahəsini kənd təsərrüfatı təşkil edir.