Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə.
Şəhər tipli qəsəbə | |
Avanqard | |
---|---|
ukr. Авангард | |
46°27′53″ şm. e. 30°36′57″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | Odessa |
Rayon | Ovidiopol |
Qəsəbə başçısı | Serqey Xrustovski Qriqoreviç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XIX əsr |
İlk məlumat | 1928 |
Yaşayış məntəqəsi statuslu | 1995 |
Sahəsi | 7.50 km² |
İqlimi | orta quru-çöl |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | ▲ 4,602[1] nəfər (2017) |
Sıxlığı | 397.9 nəf./km² |
Milli tərkibi | ukrayın, rus |
Rəsmi dili | ukrayn dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +38 48 |
Poçt indeksi | 67806 |
Nəqliyyat kodları | BH, НН / 16 |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.[2].
Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.[3]
Serqey Xrustovski Qriqoreviç 2010-cu ildən bəri Avanqard qəsəbəsinin başçısıdır.[4]
Qəsəbədə «Avanqard Təhsil Kompleksi» adlı bir məktəbəqədər təhsil müəssisəsi yerləşir.[5]