Averno

Averno (it. Lago d'Averno) İtaliyada, Kampaniyada göl. Təxminən 2 kilometr (1.2 mil) enində və təxminən 60 metr (200 ft) dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən 4 kilometr (2.5 mil) şimal-qərbdə yerləşir.

Averno
Ümumi məlumatlar
Sahəsi
  • 0,55 km²
Dərin yeri 60 m
Yerləşməsi
40°50′18″ şm. e. 14°04′30″ ş. u.HGYO
Ölkə
Averno xəritədə
Averno
Averno
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu.[1]

Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.[2]

  1. Аверно  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  2. "дневник за 1698 год". az.lib.ru (rus). 2014-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-22.