Avropa Azərbaycanlıları Konqresi

Avropa Azərbaycanlıları KonqresiAzərbaycan diasporuna aid təşkilatlardan biri.

Təsis konfransı[redaktə | mənbəni redaktə et]

2004-cü ilin aprel ayının 17-də Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı keçirilmişdir. Avropa Azərbaycanlıları Konqresinin yüksək səviyyədə keçirilmiş təsis konfransında dünyanın 28 ölkəsindən 50-dən artıq diaspor təşkilatlarından 264 nümayəndə qatılmışdır.Konfransda Rusiya Federasiyası,Ukrayna,Belarus,İsveç,İsveçrə,Norveç,Danimarka,Fransa,Hollandiya,Avstriya,Çexiya,Bolqarıstan,Rumıniya,Macarıstan,Belçika,Finlandiya,PolşaEstoniyaAlmaniyadakı Azərbaycan icmalarının nümayəndələri,Türkiyə Böyük Millət Məclisinin,Almaniya Bundestaqının üzvləri,eyni zamanda Azərbaycan Respublikasının nümayəndə heyəti –Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov,Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov,ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqov iştirak etmişlər.Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunmuşdur. Təsis konfransında Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsi qəbul edilmiş və qurumun rəhbər orqanları seçilmişdir. Kifayət qədər səmərəli müzakirələr şəraitində keçmiş təsis konfransının sonunda 50-dən artıq icma və birliklərin iştirakı ilə rəsmi razılıq protokolu imzalanmış və tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunmuşdur.

II Qurultayı[redaktə | mənbəni redaktə et]

2007-ci ilin mart ayının 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçirilmişdir.Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak etmişdir. Qurultayda Azərbaycan icmalarının türk diasporu ilə əməkdaşlıq imkanları və digər məsələlər də diqqət mərkəzində olmuşdur.Qurultayın Qətnaməsinə uyğun olaraq 2007-ci ilin may ayında Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramı hazırlanmış və 2007-ci ilin iyul ayında İcraiyyə Komitəsinin Berlində keçirilən iclasında təsdiq edilmişdir. Toplantıda təsis qurultayından keçən dövr ərzində təşkilatın fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir.Tədbirdə AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi,buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi,qitədəki Azərbaycan dərnəklərinin,icmalarının,federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olunmuşdur.Bundan başqa,Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlətimizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirilmişdir.

III Qurultayı[redaktə | mənbəni redaktə et]

2009-cu ilin aprel ayında Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirilmişdir.Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar iştirak etmişdir.Tədbirdə AAK-ın II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı sədrin hesabat məruzəsi dinlənilmiş,təşkilatın bundan sonrakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış,müxtəlif ideya və təkliflər irəli sürülmüşdür.Toplantıda Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması,icmaların fəaliyyətinin koordinasiya edilməsi,Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması,soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qərarlar qəbul edilmişdir.Qurultayda AAK-ın gənclər qolunun gücləndirilməsi,konqresdə təmsil olunan təşkilatların ətrafındakı gənclərin potensialından,imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsi yaradılması təklif olunmuşdur.Qurultay bu işin təşkilini və qısa müddətdə gənclərin forumunun keçirilməsini Norveç-Azərbaycan Gənclər Təşkilatının sədri Ramin Əliyevə həvalə etmişdir. Qətnaməyə uyğun olaraq AAK-ın strukturunda da dəyişiklik edilmişdir. Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini,qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə edilən dəyişikliklərə görə,iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilmişdir.Sonra İcraiyyə Komitəsinin 27 nəfərdən ibarət yeni tərkibi seçilmişdir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini,Mayns-Azərbaycan Cəmiyyətinin sədri,əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilmişdir

IV qurultayı[redaktə | mənbəni redaktə et]

29 aprel 2012-ci il tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV qurultayı keçirilmişdir.Qurultayda Avropa Azərbaycanlıarı Konqresinə üzv təşkilatların rəhbərlərinin,Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin,millət vəkillərinin,xarici ölkə deputatlarının,AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin,həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişdir. Qurultayda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat-məruzəsi dinlənilmişdir.Daha sonra digər qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə,təşkilatın qarşısında dayanan vəzifələrin icrasına qiymət vermişlər. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr,xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması,AAK-ın yeni üzv-təşkilatların qəbulu da baş tutmuşdur. Toplantıda Gücümüz birliyimizdədir sənədli filmi nümayiş etdirilərək,toplantı çərçivəsində Dünya azərbaycanlılarının III qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçirilmişdir. Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçilmiş,həmçinin bir sıra sənədlər,o cümlədən Avropa Azərbaycanlıları Konqresinin IV qurultayının Qətnaməsi qəbul edilmişdir.AAK-ın IV qurultayında Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası yaradılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Diasporu.Ensiklopedik Məlumatlar Toplusu