Avropa Bölgələr Komitəsi

Avropa Bölgələr Komitəsi ( ing. Committee of the Regions ) — qısa adı CoR Avropa Birliyi Anlaşmasıyla qurulmuşdur. Komitənin 329 həqiqi üzvü və eyni sayda alternativ üzvü var.[1] Komitə işlərini Lüksemburqda aparır.[2]

Avropa Bölgələr Komitəsi
COR
Loqonun şəkli
Yaranma tarixi 1994
cor.europa.eu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk iclasını 9–10 mart 1994-cü ildə keçirmişdir. Avropa Birliyi Anlaşması Şura və Komissiyanın regional maraqlarının əsas olduğu təhsil, gənclər, mədəniyyət, cəmiyyətin sağlamlığı, iqtisadi və ictimai bütünləşmə və Avropa səviyyəsində nəqliyyat, telekommunikasiya, enerji sahələri kimi mövzularda Bölgələr Komitəsinin fikrinə müraciət edilməni zərurət halına gətirmişdir. Bölgələr Komitəsi bundan başqa özbaşına da fikir bildirə bilər. Bölgələr Komitəsinin fəaliyyətləri ildə 5 dəfə təşkil olunan əsas heyət iclaslarından başqa 8 komissiya və 4 alt komissiya tərəfindən yeridilir. Komitəyə bağlı bir xüsusi komissiya Avropa Birliyində təşkilati islahat mövzusunda hesabat hazırlayır. 1999-cu il Amsterdam Anlaşmasıyla müstəqillik qazanan Komitə Birlik nizamnaməsi ilə əlaqəli yerli mövzuları gündəmə gətirir və səlahiyyət yerləşdirməsi prinsipilə işləyir. Buna görə Birlik hüququnun yerli və ya regional qaydalardan daha əlverişli olmadığı hallar xaricində müdaxilə etmir. Komitə Birlik nizamnaməsinin düzgün tətbiqini təmin edərkən, bir yandan da yerli qaydalardan qorunmasını təmin edir.

Avropa Birliyi daxilində yerli və regional səlahiyyətlilər AB işlərində söz sahibi olmaq üçün lobbiçilik edirdilər. Bu, Maastrixt Müqaviləsi ilə Avropa Bölgələr Komitəsinin yaradılmasına və Üzv Dövlətlərin AB Şurasında regional hökumətlərindən olan nazirlər tərəfindən təmsil olunmasına səbəb oldu.[3]

Komitənin işinin mərkəzində üç əsas prinsip durur:

Subsidiarlıq
CoR-nın yaradılması ilə eyni vaxtda Müqavilələrdə təsbit edilmiş bu prinsip o deməkdir ki, Avropa İttifaqı daxilində qərarlar vətəndaşa ən yaxın praktiki səviyyədə qəbul edilməlidir. Buna görə də Avropa İttifaqı milli, regional və ya yerli idarələrə daha uyğun olan vəzifələri öz üzərinə götürməməlidir.[4]
Yaxınlıq
Hökumətin bütün səviyyələri “vətəndaşlara yaxın” olmağı hədəfləməlidir, xüsusən də onların işini şəffaf şəkildə təşkil etməklə, insanlar kimin nəyə cavabdeh olduğunu və fikirlərini necə eşitdirəcəklərini bilməlidirlər.
Tərəfdaşlıq
Sağlam Avropa idarəçiliyi Avropa, milli, regional və yerli hökumətin birlikdə işləməsi deməkdir – dördü də əvəzolunmazdır və “çoxsəviyyəli idarəetmə” qərar qəbulu prosesində iştirak etməlidir.
  1. "Delegation of the European Union to the Republic of Croatia - Croatian Delegation in EU Committee of the Regions". web.archive.org. 2013-10-17. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  2. Wagstaff, Peter. Regionalism in the European Union (ingilis). Intellect Books. 1999-01-01. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
  3. (ingilis) https://web.archive.org/web/20210310091134/https://books.google.az/books?id=j9tx3HK7uksC&pg=PA185&redir_esc=y#v=onepage&q&f=false (#bare_url_missing_title). 2021-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
  4. "Glossary of summaries" (ingilis). 2021-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]