Avropa Gənclər Mərkəzləri (ing. European Youth Centres, EYC; fr. Centres européens de la jeunesse, CEJ; alm. Europäische Jugendzentren) — Avropa Şurasının Demokratik İştirakçılıq Direktorluğunun tərkibində Gənclər Departamentinin aləti.[1] Avropa Gənclər Mərkəzləri yaşayış xarakterli təhsil, təlim və görüş mərkəzləri olmaqla yanaşı, Gənclər Departamentinin bir hissəsidir.
Strasburq Avropa Gənclər Mərkəzi (EYCS) 1972-ci ildə Avropa Şurasının gənclər siyasətinin həyata keçirilməsi üçün yaradılmışdır. Strasburqdakı Avropa Gənclər Mərkəzinin binasında həmçinin Gənclər və İdman Direktorluğunun katibliyi, o cümlədən Avropa Gənclər Fondu və Gənclərin Mobilliyi üzrə Həmrəylik Fondu yerləşir.
1972-ci ildə açılışı ilə birgə idarəçilik və gənclərin iştirakı təşkilatın əsas dəyərinə çevrilmişdir.[2] 1988-ci ilə qədər Avropa Şurasının Gənclər Sektorunda aparılan islahatlarla qeyri-hökumət İdarə Heyəti öz strukturuna gəncləri daxil etmişdir. Sonradan onu Avropa Gənclər Mərkəzinin Məsləhət Komitəsi və hazırda Gənclər üzrə Məşvərət Şurası (AC) olan Avropa Gənclər Fondu əvəz etmişdir.[3][4]