Avropa Mərkəzi Bankı (ECB) (ing. European Central Bank) — avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa PulKredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir.
AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir.
AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir:
Avropa Pul Birliyinin yaranmasından etibarən 1 iyun 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Avro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır. Mərkəzi Frankfurtda yerləşən Avropa Pul İnstitutu 1994-cü ildən bəri bunun zəminini hazırlamışdır. Avronu qəbul edən Ölkələr "Avro sistemi" və ya "Avro sahəsi"ni yaradırlar. Bütün AB üzvləri isə Avropa Mərkəzi Bankları Sistemini təşkil edirlər.
Avropa Mərkəzi Bankı Avropa Birliyinin pul siyasətlərini təşkil edir və yeridir. Mərkəzi Frankfurtda olan Bank bundan başqa üzv ölkələrdən 12-sinin qəbul etdiyi pul vahidi Avronu ixrac edir və qoruyur. Bankın vəzifələri arasında bundan başqa üzv ölkələrdə qiymət istiqrarını təmin etmək və faizləri müəyyən etmək də yer alır. Tam azad işləyən Avropa Mərkəzi Bankına üzv ölkələrin hökumətləri heç bir formada müdaxilə edə bilməz və təsir göstərə bilməz. Buna baxmayaraq, bank AB üzv ölkələrinin hökumətləri və mərkəzi bankları ilə yaxın bir əməkdaşlıq çərçivəsində işləyir. Avropa Mərkəzi Bankının üç qərarvermə qurumu mövcuddur: İdarəetmə heyəti, İcra heyəti və Əsas şura.