Avrozona — Avropa Birliyinin rəsmi valyutası avro olan 19 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.
Avro, Avropa Birliyi ölkələrinin iqtisadi və maliyyə birliyinin faktoru kimi ödənişsiz pul tədavülünə 1999-cu ildən buraxılıb. 1999-cu ildən AB-nin 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq avrozona yaratdılar və 1 yanvar 1999-cu ildən rəsmi tədavülə paralel ümumi valyuta kimi avropanı buraxdılar.
Avro və onun sentləri dövriyyəyə 1 yanvar 2002-ci ildən buraxılıb. Sloveniya avrozonaya 1 yanvar 2007-ci ildən, Kipr və Malta 1 yanvar 2008-ci ildən, Slovakiya 1 yanvar 2009-cu ildən, Estoniya — 1 yanvar 2011-ci ildən, Latviya — 1 yanvar 2014-cü ildən[1] daxil olub.
Hal-hazırda Avrozonanın tərkibinə 325 milyon əhalisi olan 19 ölkə daxildir.
Avrozonaya qatılma tarixi | Dövlətin adı | Avrodan əvvəlki milli valyuta | İstisnalar |
---|---|---|---|
1 Yanvar 1999 | Almaniya | Alman markı | Fransaya bağlı olan:
|
1 Yanvar 2001 | Yunanıstan | Yunan draxması | - |
1 Yanvar 2007 | Sloveniya | Sloven toları | - |
1 Yanvar 2008 | Kipr | Kipr paundu | Kiprin bir hissəsi olan: |
1 Yanvar 2009 | Slovakiya | Slovak korunası | - |
1 Yanvar 2011 | Estoniya | Estoniya kronu | - |
1 Yanvar 2014 | Latviya | Latış latısı | - |
1 Yanvar 2015 | Litva | Litva litası | - |
Avropa Birliyinin üzvü olan lakin, rəsmi olaraq Avrodan istifadə etməyən bir neçə dövlətlər vardır.
Danimarka, Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq Avrodan istifadə etməyən Avropa İttifaqının üzvüdür. Danimarka höküməti, referendumun nəticəsində qərar qəbul etmədiyi müddətcə, Avropa İttifaqı tərəfindən hüquqi təzyiqlə qarşılaşmaz. 28 Sentyabr 2000-ci ildə Danimarkada keçirilən referendumun nəticəsinə görə səs verənlərin 53.2%-i Avroya keçməyə qarşı çıxmışdır.
İsveçin Avro məsələsində imtiyaza sahib olmamasına qarşı, bu ölkədə keçirilən referendumlar, Avroya keçməyə maneə yaradır. 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə, səs verənlərin 56.1%-i Avroya 'Yox' demişdir.
Avropa İttifaqına daxil olan lakin, Avrodan istifadə etmək üçün, müəyyən kriteriyalara hələki cavab verə bilməyən bir neçə dövlətlər vardır. Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, Polşa və Rumıniya müəyyən kriteriyaları qarşıladıqdan sonra Avroya keçmək məcburiyyətindədirlər.
Dövlətin adı | Milli valyutası | Avrozonaya daxil olmamasının səbəbi |
---|---|---|
Bolqarıstan | Bolqar levi | Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir |
Çexiya | Çex kronu | Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir |
Danimarka | Danimarka kronu | Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq avrodan istifadə etmir |
Xorvatiya | Xorvatiya kunası | Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir |
İsveç | İsveç kronu | 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə Avroya keçilməkdən imtina edilmişdir |
Macarıstan | Macarıstan forinti | Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir |
Polşa | Polşa zlotı | Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir |
Rumıniya | Rumıniya leyi | Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir |
Dörd ədəd cırtdan dövlətlər, Andorra, Monako, San Marino və Vatikan Avropa İttifaqının üzvü olmasalarda, edilən müqavilələr çərçivəsində avrodan istifadə etməkdədirlər.
Monteneqro və Kosovo isə Avropa İttifaqı ilə hər hansısa müqavilə imzalamadan avrodan istifadə etməkdədirlər.