Avropa Valyuta Sistemi (AVS; ing. European Monetary System, EMS) — Avropa İqtisadi Birliyinə (AİB) üzv dövlətlər arasında pul münasibətlərinin təşkili forması. 13 mart 1979-cu ildən etibarən etibarlıdır (EKU hesablamalarının başlandığı tarix)[1] — 31 dekabr 1998 (avroya keçid 1 yanvar 1999-cu ildən bəri). Avropa pul sistemi "valyuta ilanı" ilə İqtisadi və Valyuta Birliyi (İVB) arasında bir körpü rolunu oynadı. İVB-nin əsas elementlərindən biri — valyuta məzənnələrini koordinasiya mexanizmi — İVB yarandıqdan sonra da davam etdi: Avro bölgəsinə daxil olmayan AB üzvü olan ölkələr, valyuta məzənnəsi mexanizmi II altında valyutalarını avroya bağlaya bilərlər (ing. Exchange rate mechanism II, ERM II).
İnkişafında Avropa Valyuta sistemi bir neçə mərhələni keçmişdir.
Ortaq pul sistemi, iqtisadi bloklaşma vəya iqtisadi inteqrasiya olaraq da ifadə ediləbiləcək olan iqtisadi birliyin mərhələlərindən biridir. Hələ İkinci Dünya Müharibəsi sona çatmadan , BVF qurulmasından sonra Amerika Dolları dünyada ən çox istifadə edilən ortaq valyuta olmuşdur.[2][3] Bu dönəmdə Sterling, İsveçrə Frankı, Alman Markı, Fransız Frankı, Yapon Yeni kimi bəzi milli pul vahidləri də millətlər arasında konvertabl pul yerinə işlənmişdir. Lakin, ABŞ Dollarının üstünlüğü qarşısında onların tədavül həcmi çox az olmuşdu.[4][5]
Dolların Avropa məkanında ağırlığını azaltmaq, eyni zamanda ortaq iqtisadi məkanın formalaşmasının təkanverici qüvvələrindən biri olması məqsədi ilə Avropada ortaq valyuta fikri 1952-ci ildə Avropa Kömür və Polad Topluluğunun qurulması ilə başlamış , Qərbi Avropada başlayan iqtisadi bloklaşma hərəkətinin son mərhələsi olan İqtisadi və Valyuta Birliyinin müştərək pulu olaraq Avro meydana çıxmışdır.[6] 1 yanvar 1999-cu il tarixindən bəri hesabən işlədilməyə başlanan Avro, 1 Yanvar 2002-ci il tarixindən etibarən, artıq İqtisadi və Valyuta Birliyinə üzv 12 AB üzvü ölkənin milli pul vahidlərinin yerini almışdır.[7]
Ortaq pul sistemi , iqtisadi bloklaşma vəya iqtisadi inteqrasiya olaraq da ifadə ediləbiləcək olan iqtisadi birliyin mərhələlərindən biridir. İqtisadi birlik termini , birliyə daxil olan ölkələr arasında, iqtisadi və siyasi sahədəki qaydaların cəmləşdirilməsi istiqamətində, beynəlxalq iqtisadiyyatda müəyyən təşkilatlanmanın formalaşdırılması olaraq tərif edilə bilər. Belə bir birlik, beynəlxalq idarəetmə təşkilatlarının təşkiledilməsini zəruri edər. Yaradılacaq və beynəlxalq səlahiyyətlərlə təhciz ediləcək olan müştərək təşkilatların, birliyin qurulma mərhələsinin hər bir mərhələsində əməkdaşlıq etmələri gözləniləcəkdir. Tətbiq ediləbilmə nəzər nöqtəsindən belə bir bloklaşma, daxil olan ölkələrin milli valyutaları yerinə, çox vaxt müştərək bir mərkəz bankı yoluyla idarəedilən vahid pulun tədavülə çıxardılması mənasını daşımaqdadır.
Əlbəttə iqtisadi və valyuta birliyinin ardında, o vaxta qədər müstəqil olan ölkələrin siyasi hegemonluğunu müştərək bir hökumətə devretmələri müqabilində siyasi çərçivəsiylə də bir birliyə nail olunmuş olur.[8] Həyata keçirilməsi çətin görünməklə bərabər, Avropa İttifaqının hədəfi də nəticə olaraq siyasi birlikdir.
1988-ci ildə, Avropa Birliyi Komissıyasının Hannover Zirvəsində, Birlikdə mərhələli olaraq bir EPB yaradılması hədəfini mənimsəmiş, bu məqsəd istiqamətində bir işçi komitəsinə təlimat verilmişdir. Komitənin hazırladığı raport, 26-27 iyun 1989-cu ildə Madrid Zirvəsində görüşülərək təsdiq edilmişdir. Raportda EPB-in üç mərhələda həyata keçirilməsi və ilk mərhələın 1 iyul 1990-cı il tarixində başlaması qərarlaşdırılmışdır.[9]
Avropa İttifaqı nəzdində, malların, xidmətlərin, sərmayənin və şəxslərin sərbəst dövriyəsi ilə bərabər, milli pullar arasında tam olaraq müəyyənləşdirilmiş sabit kurslar və nəhayət vahid bir pul vahidinin qəbulunu ifadə edən və 1989-cu ildə Avropa Konseyi tərəfindən "İqtisadi və Valyuta Birliyi"nə keçiş üçün müəyyən edilən üç mərhələlı dönəmin son mərhələsi 1 yanvar 2002-ci il tarixindən etibarən vahid pul vahidi Avronun banknot və metal pul olaraq dövriyəyə daxil olması ilə bərabər, tamamlanması hədəflənmişdi. Ortaq Valyuta vahidi Avronun meydana gəlməsi, elastik kurs siyasətlərinin dünya miqyasında qəbul olunması və Dolların Sterling qarşısında dünyanın ən çox istifadə olunan pul vahidi halına gəlməsindən (dünya rezervlərinin 65 %-nə yaxını Dollar miqyasındadır) bəri beynəlxalq pul bazarlarında yaşanan ən əhəmiyyətli irəliləyişdir. XX əsr, Avro ilə yeni bir rezerv pulun doğuşuna səhnə olmaqdadır.