Avropa gərməşovu (lat. Euonymus europaeus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Avropa gərməşovu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Avropa gərməşovu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 2-4 (5) m, hamar küt dördtilli budaqları olan, kol və ya balaca ağacdır. Cavan budaqları yaşildır, daha sonra isə tilləri mantar törəmə ilə örtülür. Yarpaqları azacıq qalındərilidir, töküləndir, ellipsvari-neştərşəkilli, enli oval və yaxud uzunsovdur, uzunluğu 2-7 (10) sm, eni 1,5-4 (6) sm-dir. Kənarlardan bərabər kiçik dişli, üst tərəfdən çılpaq, alt tərəfdən damarlar boyunca qısa yumşaq tüklüdür. Saplağı qısadır, uzunluğu 2–14 mm-dir.
Yarımçətirləri seyrək çiçəklidir, yarımçətirdəki orta çiçək adətən tam inkişaf etməmişdir. Ləçəkləri 4 ədəd olub, kütdür, sarımtıl-yaşılımtıldır, uzunluğu 5 mm-dir.
Qutucuq uzunluğu 8–12 mm-dir, əyiləndir, şarşəkilli-armudvaridir, küt dörd bölümlüdür, qanadsızdır, hamar və çılpaqdır, yetişənə yaxın parlaq çəhrayı rəngdə olur, qutucuğun hər yuvasında bir toxum olur, nadir hallarda toxumların sayı 2 ədəd olur. Toxumları əksinəyumurtaşəkillidir, tamamilə narıncı örtüklə örtülmüşdür.
May (bəzən aprel) və iyun aylarında çiçəkləyir. Sentyabr və oktyabr aylarında bar verir.
BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənkəran dağ. Ovalıqdan orta dağ qurşağına qədər.
Yarpaqlı meşələrdə, cayların sahilində, meşə kənarlarında, cayətrafı kolabənzər cəngəlliklər arasında, bağlarda, hasarların dibində, yarğan vəqobular boyunca dağınıq nümunə və qruplarla rast gəlinir.
Tərkibində kaucuk olan bitkidir. Oduncağı qədimdən müxtəlif xırda məmulatların (diş çöpü, çəkməmıxı, çubuq, mil, ox) hazırlamasında istifadə olunur. Meyvələrindən alınan toz xalq təbabətində qoturlu və parazitlərə qarşı işlənir. Dekorativ əhəmiyyətli bitkidir.