Avropa tüviyi

Avropa tüviyi (lat. Accipiter brevipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.

Avropa tüviyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Avropa tüviyi
Beynəlxalq elmi adı

Kateqoriya və statusu[redaktə | mənbəni redaktə et]

(III-VU). Həssasdır, ümümi arealı daxilində məhdud ərazidə qalıb.

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.

Yayılması[redaktə | mənbəni redaktə et]

Avropa və Asiyada yayılıb. Azərbaycanda aran və dağətəyi rayonlarda yayılıb. Lakin son illərdə yalnız dağətəyi sahələrdə təsadüf olunub: Qanıx-Əyriçay, Böyük və Kiçik Qafqaz dağətəyi, Naxçıvan orta dağlığı, Talış dağ bozqırları.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Quraq iqlimli seyrək meşədə və hündür ağaclar olan meyvə bağlarında yaşayır. Müxtəlif ağacların 10-12 m hündürlüyündə yuva tikir, bəzən sağsağanın köhnə yuvasını tutur. May ayının axırında 3-5 ədəd mavi-ağ yumurta verir. Dişi quş birinci yumurtadan başlayaraq 30-32 gün kürt yatır. Erkək quş dişisini və balalarını yemləyir, sonralar ona ana quş da kömək edir. Bala 45 gündə pərvaz olur. Əsas yemi iri həşərat, kərtənkələ, siçanabənzər gəmiricilər, az miqdarda xırda quşlardan ibarətdir.

Sayı[redaktə | mənbəni redaktə et]

Heç vaxt çoxsaylı olmayıb, adi saylı quş kimi qeyd edilib. Lakin 1970-ci illərdən sonra düzənlik sahələrdə nəsil verməkdən məhrum olmuş, dağətəyi sahələrdə isə nadir qalıb, 2000-ci illərin sonunda cəmi 18 cüt quş qeyd edilib. Son 10 ildə 33,3 % azalıb.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Uzun müddət zərərli yırtıcı hesab edilib tələf olunması, yuva tikdiyi hündür ağacların qırılması, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

1970-ci illərdən sonra ovlanması qadağandır. Faydalı fauna statusu ilə qorunur. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Yuva sahəsində hündür ağacların qorunub saxlanılması və pestisiddən istifadənin saxlanılması, qorunmasının vacib olmasının əhaliyə geniş izah edilməsi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]