Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası

Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası (ing. European Federation of Psychology Students' Associations və ya qısaca EFPSA) — Avropa üzrə psixologiya assosiasiyaları tələbələrindən ibarət qeyri-hökumət tələbə təşkilatıdır.

Yaranması[redaktə | mənbəni redaktə et]

Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. EFPSA-nın hər il keçirilən ənənəvi və ən böyük tədbiri illik konqresdir. İllik konqresə EFPSA-ya üzv olan 33 ölkədən 400-ə qədər gənc psixoloqlar və professor müəllim heyəti qatılır.

Azərbaycan və Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası[redaktə | mənbəni redaktə et]

Bu günə qədər təxminən 30-dan çox azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak edib. Bu tədbirlərdə iştirak edən gənclərin bir qisminin iştirak xərcləri Azərbaycan Respublikası Gənclər və İdman NazirliyiAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qarşılanmışdır. 2015-ci il Çexiyada keçirilən 29-cu EFPSA konqresində 31-ci EFPSA konqresinə ev sahibliyi etmək üçün Azərbaycan nümayəndə heyəti namizədlik irəli sürmüş və 33 ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan səsvermə nəticəsi olaraq 2017-ci ildə keçiriləcək konqresə ev sahibliyi Azərbaycana verilmişdir. Bu tədbirdə 33 ölkədən 400-ə yaxın gənc psixoloqların və müəllim-professor heyətinin iştirakı nəzərdə tutulur. EFPSA konqresinin təşkili qaydalarına əsasən təşkilatçılıq işini yerli psixoloq gənclər və ya EFPSA-da rəsmi təmsil olunan yerli təşkilat təşkil edir, 1 həftə ərzində 400-ə qədər iştirakçının qatılacağı mühazirələri, seminarları və qrup işlərini təşkil edir, konqresin ümumi mövzusunu müəyyənləşdirir, iştirakçılar üçün mədəni tədbirlər hazırlayır, yerli mədəniyyəti və elmi nümayiş etdirmək məqsədi ilə tur təşkil edir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]