Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı.

Gənclər və İdman Nazirliyi
(GİN)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 30 yanvar 2006
Əvvəlki qurum Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Olimpiya küçəsi 4, AZ1072
Rəhbərlik
Nazir Fərid Qayıbov
Aparat rəhbəri Amil Xudiyev
Nazir müavinləri İndira Hacıyeva
Mariana Vasilyeva-Toteva
Fərhad Hacıyev

Rəsmi saytı mys.gov.az

Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.[1]

Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.[2]

  • Gənclərlə iş şöbəsi
  • İdman şöbəsi
  • İnsan resurslarının idarə edilməsi şöbəsi
  • İctimaiyyətlə əlaqələr şöbəsi
  • İqtisadiyyat şöbəsi
  • Maddi-texniki təchizat şöbəsi
  • Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi
  • İnformasiya texnologiyaları şöbəsi
  • Beynəlxalq əlaqələr sektoru
  • Hüquqi təminat sektoru
  • Satınalmalar sektoru
  • Daxili nəzarət və audit sektoru [3]

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əlavə protokol-1997 may 05 (Ankara)
  2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikası Mədəniyyət, İdman və Turizm Nazirliyi (idman və turizm bölməsi) arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu-1996 aprel 10(İslamabad)
  3. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş-1996 sentyabr 16 (Bakı)
  4. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 fevral 18 (Bakı)
  5. Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında idman və gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 iyun 18 (Daşkənd)
  • Olimpiya İdman Kompleksləri
  • Gənclər evləri və mərkəzləri
  • İdman qurğuları
  • Digər qurumlar[4]
  1. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2023-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
  2. mys.gov.az https://mys.gov.az/ (#bare_url_missing_title). 2023-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
  3. "Nazirliyin strukturu". mys.gov.az. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.
  4. "Nazirliyin qurumları". mys.gov.az. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avq 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]