Avstraliya Alp dağları (ing. Australian Alps) — Böyük Suayırıcı silsiləsinin ən yüksək hissəsi.
Avstraliya Alp dağları | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Böyük Suayırıcı sıra dağları |
Mütləq hündürlüyü | 1.372 m |
Hündür zirvəsi | Kostyuşko |
Yerləşməsi | |
37° c. e. 148° ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliya Alp dağlarının uzunluğu təqribən 400 kilometrdir. Onun ən hündür zirvəsi 2,300 metr hündürlüyündə olan Kostyuşka dağıdır. Bu, eyni zamanda Avstraliya materikinin ən yüksək nöqtəsidir. Avstraliya Alp dağlarının şimal-qərbindən Avstraliyanın əsas çayı olan Mürrey başlanır. Avstraliya Alp dağları Avstraliyada ən sərt iqlimli yerdir. Yamacları 1,200 metrə qədər evkalipt və ağacabənzər ayıdöşəyi meşələri, daha yuxarılar ali çəmənliklərdir.[1]